“İlin ən yaxşı rektoru” kimdir? - Sualına cavab tapıldı...

Tarix:11-06-2019, 12:24 Baxış Sayı:100

  “İlin ən yaxşı rektoru” kimdir? - Sualına cavab tapıldı...
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla “İlin ən yaxşı rektoru” seçilib. Bu barədə Facebook sosial şəbəkəsinin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

MANERA.AZ bildirir ki, məlumatda Xalq yazıçısı Kamal Abdulla “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunda 45% səs çoxluğu ilə qalib olub olunduğu qeyd olunur:

“Bundan əlavə, tədris ili ərzində Kamal Abdulla sosial aktivliyi, tələbələrinin rifah halının yaxşılaşması üçün atdığı addımlar və tələbələrin sevimli pedaqoqu olması bu səsverməyə təsir edib.

Final seçki statusu 3 günə 100.000 nəfər görülmə (post reach) ilə rekord vurub. Bu, akademik Kamal Abdullanın və tələbələrinin qələbəsidir! Təbrik edirik!” – deyə, məlumatda qeyd olunur.

Qeyd edək ki, soğruda Azərbaycan Dillər Universitetinin tələbələri ilə yanaşı ölkəmizin 10-dan artıq ali məktəbinin tələbələri də iştirak edərək, ADU rektorunu dəstəkləyib.

Akademik Kamal Abdullanı təbrik edir, fəaliyyətində uğurlar arzu edirik.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ