manera.az
manera.az

Kamal Abdulla Çingiz Abdullayevi tələbələrlə görüşdürdü-FOTO

5-06-2019, 09:52

Kamal Abdulla Çingiz Abdullayevi tələbələrlə görüşdürdü-FOTO
İyunun 4-də Azərbaycan Dillər Universitetində (ADU) Tələbələrlə iş və tərbiyə şöbəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

MANERA.AZ bildirir ki, rektor Kamal Abdulla Çingiz Abdullayevin yaradıcılığını yüksək qiymətləndirib, yazıçının ölkəmizdə gedən proseslərdə də daim əsl ziyalı mövqeyini ortaya qoyduğunu deyib: “Çingiz müəllim öz yaradıcılığı ilə ölkəmizin güclü təbliğatçısına çevrilib. Dünyanın bir çox kitabxanalarını ziyarət etmişəm, hər yerdə Çingiz Abdullayevin kitablarına rast gəlmişəm”.

Çingiz Abdullayev görüşün təşkilatçılarına təşəkkürünü bildirib, oxucularla ünsiyyətdən məmnun olduğunu söyləyib. O, əsərlərinin dünyanın bir sıra ölkələrində sevilə-sevilə oxunduğunu, eləcə də kinossenariçi kimi geniş tamaşaçı auditoriyası qazandığını qeyd edib. Yazıçı ədəbi-ictimai fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, yaradıcılıq uğurlarının sirlərindən danışıb.

Görüş tələbə və müəllimlərin suallarının cavablandırılması ilə yekunlaşıb.

MANERA.AZ


Kamal Abdulla Çingiz Abdullayevi tələbələrlə görüşdürdü-FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30