manera.az
manera.az

Turan Cavidin xatirəsi anılıb - MANERA.AZ

16-09-2015, 10:46

Turan Cavidin xatirəsi anılıb - MANERA.AZ


Sentyabrın 12-də böyük şair və dramaturq Hüseyn Cavidin qızı, pedaqoq, mətnşünas Turan Cavidin vəfatından 11 il ötür. Bununla əlaqədar AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində mərasim keçirilib, Turan Cavidin xatirəsi ehtiramla yad edilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə müəssisənin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı bildirib ki, Turan Cavid bütün həyatını və fəaliyyətini Hüseyn Cavid irsinin toplanması, tədqiqi və təbliğinə həsr edib.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev dahi Cavidin yaradıcılığına daim böyük əhəmiyyət verib, Turan Cavidə diqqət və qayğı göstərib. Ulu Öndərin təşəbbüsü və Turan Cavidin iştirakı ilə yaradılan AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi bu gün Cavidlər ailəsinin irsi ilə bağlı işləri uğurla davam etdirir.

Direktor vurğulayıb ki, Turan Cavid atası Hüseyn Cavidin adına layiq bir övlad olaraq mənalı və şərəfli həyat yolu keçib. Onun ömür yolu nəsillər üçün layiqli örnəkdir.

G.Babaxanlı, eyni zamanda, layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabı haqqında da ətraflı məlumat verib. Bildirilib ki, nəşrdə Turan Cavidin şəxsiyyəti, onun ictimai fəaliyyəti barədə 100-ə yaxın mətn və 300-dən artıq foto və sənəd yer alıb.

Sonra Turan Cavidin muzeydəki fəaliyyətini əks etdirən fotoslayd göstərilib.

Tədbir iştirakçıları Turan Cavidə məxsus əşyalar və sənədlərdən ibarət sərgi ilə də tanış olublar.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30