manera.az
manera.az

Müşavir: Türkiyəyə səfər edənlərin sayı 60 faizə qədər artıb

5-04-2019, 09:54

Müşavir: Türkiyəyə səfər edənlərin sayı 60 faizə qədər artıb

Türkiyə Bakı Beynəlxalq Turizm və Səyahətlər Sərgisində


Bakı Ekspo Mərkəzində XVIII Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2019) öz işinə başlayıb.

Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçirilən sərgiyə Türkiyə bir sıra yeniliklərlə qatılıb.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təbliğat Müşavirliyindən MANERA.AZ-a verilənməlumata görə, sərgidə Türkiyədən 50-ə yaxın nümayəndə, o cümlədən, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, İzmir Valiliyi, Səyahət Şirkətləri Federasiyası, Otellər Birliyi, ayrı-ayrı turizm şirkətlərinin təmsilçiləri, sənət adamları iştirak edəcəklər.

Səfirliyinin Mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi bildirib ki, son iki il ərzində Azərbaycandan Türkiyəyə səfər edən turist sayında 60 faizə qədər artım qeydə alınıb. Ona görə də Türkiyədən 50-dən çox turizm bu sərgidə şirkəti iştirak etmək istəyib. Lakin yer məhdudluğuna görə cəmi 9 turizm şirkətinə dəvət göndərilib.

Buildən “Türkiyə Eviniz” (Home of Turkey) sloqanı əvəzinə sadəcə “Türkiyə” brendi altında turizm təbliğatına start verən qardaş ölkə sərgidə Göbəklitəpə bölgəsinin turizm imkanlarına xüsusi yer verib. Ziyarətçilər bununla bağlı hazırlanan xüsusi video-təqdimatı izləmək imkanı əldə edəcəklər.
Müşavir: Türkiyəyə səfər edənlərin sayı 60 faizə qədər artıb
Sərgidə, həmçinin, Türkiyə stendini ziyarət edən turizm şirkətlərinin nümayəndələri üçün xüsusi görüş otağı – turizm ofisi hazırlanıb. Həmin otaqda yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün rəsmi görüşlərin keçirilməsi planlaşdırılıb. Eyni zamanda, aprelin 5-də müşavirlik Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, o cümlədən, səfir Ekran Özoralın iştirakı ilə iki ölkənin turizm şirkət-təşkilatları arasında işgüzar görüş keçirəcək.

Bundan başqa, sərgi ziyarətçiləri üçün türk xalq oyunları və rəqsləri təqdim olunacaq, Tokat Yazmaları, İznik Çinisi və Ebru kimi unikal əl işi sənətləri nümayiş etdiriləcək. Qonaqlara ənənəvi üsulla bişirilən türk qəhvəsi, lokum, paxlava və digər ləziz şirniyyatlar da təqdim olunacaq.

Türkiyə stendini ziyarət edənlər arasından püşkatma yolu ilə seçilən 3 nəfərə xüsusi səyahət bileti veriləcək.

Sərgi aprelin 6-dək davam edəcək.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30