manera.az
manera.az

Dövlət Gənc Tamaşaçılar Teatrından daha 2 yeni əsər

Dövlət Gənc Tamaşaçılar Teatrından daha 2 yeni əsərAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha 2 yeni əsər üzərində iş davam edir.


Birinci əsər Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşadır. Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir. Tamaşada əsas rolları Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edəcəklər.

“Miras” adlanan növbəti səhnə əsərinin müəllifi tanınmış yazıçı – dramaturq Hüseynbala Mirələmovdur.
Yeni səhnə əsərinin mövzusu bir ailə daxilində müxtəlif əqidəli insanların fikir ayrılığı, sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi və onun silahdaşları, digər tərəfdən firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyi və onun valideynlərinin övladlarına kömək etmək üçün yeganə ümid yeri olan yaşadıqları mənzilin satılmasında görüb, ev sahibi yaşlı atanı yola gətirməkdən bəhs olunur. Hadisələr inkişaf etdikcə qəhrəmanların yanlış olduqları və özlərinin də gözləmədiyi xəbərlərlə rastlaşdıqları məlum olur.

Teatrın mətbuat xidmətindən Menera. az-a verilən məlumata görə, ilk nümayişi may ayında nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi Tərtibatçısı İradə Muradovadır. Səhnə əsərində əsas obrazları Xalq Artisti Yasin Qarayev, Əməkdar Artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930