manera.az
manera.az

2017-ci il üçün dünya kitab paytaxtı elan olundu | MANERA.AZ

2017-ci il üçün dünya kitab paytaxtı elan olundu | MANERA.AZ
Qvineya Respublikasının paytaxtı Konakri şəhəri 2017-ci il üçün dünya kitab paytaxtı elan olunub. Bu günlərdə Parisdə UNESCO-nun mənzil-qərargahında keçirilmiş iclasda beynəlxalq ekspertlər komitəsi tərəfindən belə qərar qəbul edilib.

BMT-nin Xəbər Mərkəzinə istinadla xəbər veririk ki, UNESCO-nun baş katibi İrina Bokova 2017-ci ilin Dünya kitab paytaxtı adını almaq üçün UNESCO-ya daxil olmuş bütün müraciətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Konakrinin 2017-ci ilin Dünya kitab paytaxtı təyin edilməsi barədə Seçim Komitəsinin qərarını bəyənib.

Baş direktor Konakri sakinlərinə müraciətlə söylədiyi təbrik nitqində deyib: “Kitab, təhsil və qiraət insan həyatının əsas cəhətləridir. Qvineya Respublikasının kitabların populyarlaşmasına və savadlılığın artmasına verdiyi böyük töhfə onun mədəniyyəti və təhsili inkişafın və bərpanın hərəkətverici qüvvələri hesab etdiyini təsdiqləyir. UNESCO bu səyləri dəstəkləmək əzmindədir”.

Hər il kitab sənayesinin üç əsas bölməsini təmsil edən beynəlxalq təşkilatlar – Beynəlxalq Naşirlər Assosiasiyası, Beynəlxalq Kitab Ticarətçiləri Federasiyası və Beynəlxalq Kitabxana Assosiasiyaları və İdarələri Federasiyası bütün il ərzində kitab paytaxtı adını daşıyacaq şəhəri seçirlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930