manera.az
manera.az

Məzar başında sazla kitab təqdimatı


Məzar başında sazla kitab təqdimatı
Hədəf nəşrləri və Qazax Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə böyük yazıçı İsa Muğannanın doğum günü ilə əlaqədar Fəxri Xiyabanında yazıçının məzarı başında anım günü və həmçinin yazıçı Şamil Sadiqin İsa Muğannaya həsr etdiyi “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı monoqrafiyasının təqdimatı keçirildi.

Anım tədbirində ölkənin bir neçə nüfuzulu qrumlarından və görkəmli şəxslər iştirak ediblər. Mərasimi giriş sözü ilə açıq elan edən Qazax İctimai Birliyinin sədri İlham Pirməmmədov, xalq yazıçısı İsa Hüseynov haqqında xatirələrini və onun Azərbaycan ədəbiyyatında gətirdiyi bir sıra yeniliklərdən danışıb. Çıxışının sonunda İlham Pirməmmədov gələn il böyük Ustadın 90 illiyinin daha möhtəşəm şəkildə qeyd olunacağını söylədi.

Daha sonra çıxış edən akademik Nizami Cəfərov, İsa Hüseynov haqqında xatirələrini tədbir iştirakçıları ilə paylaşıb. Akademik N.Cəfərov çıxışında iki İsa haqqında danışaraq, İsa Hüseynovun daha sonra İsa Muğanna olmasını onun əsərlərindən nümunələr gətirərək tədbir iştirakçıları ilə paylaşıb.
Məzar başında sazla kitab təqdimatı

Anım mərasimində həmçinin yazıçı Şəmil Sadiqin Ustad sənətkarın yaradıcılığına həsr edilmiş “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” monoqrafiyası oxuculara təqdim olunub. Əsərin müəllifi və İsa Muğanna irsinin hal-hazırda ən böyük tədqiqatçılarından olan Şəmil Sadiq Ustad sənətkarla bağlı bir çox xatirələrini tədbir iştirakçıları ilə paylaşıb. Monoqrafiyada xalq yazıçısı İsa Muğanna yaradıcılığını çox orjinal bir üslubda oxuculara təqdim edən Şəmil Sadiq bu sahədə işlərin bununla bitməyəcəyini, böyük Ustadın əsərlərinin xaricə dillərə tərcümələri üzərində işlərin getdiyini, həmçinin bugünə qədər işıq üzü görməyən bir neçə pyes və səhnə əsərlərinin də yaxın gələcəkdə çap ediləcəyini, səhnələşdiriləcəyini qeyd etmişdir. Şəmil Sadiq monoqrafiyasında yazıçı, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Mustafa oğlu Hüseynov (Muğanna) yaradıcılığının ikinci mərhələsinə aid əsərlər tədqiqata cəlb etdiyini, bu monoqrafiyanın böyük sənətkar haqqında ilk irihəcmli elmi əsər olduğunu da vurğulamışdır. Yazıçının “İdeal” romanından sonra yazdığı “Cəhənnəm”, “İlan dərəsi”, “GurÜn”, “Qırx kisə qızıl”, “Qəbiristan”, “İsahəq, Musahəq”, “Türfə”, “Mənim məhəbbətim” kimi bədii əsərlər tədqiqata cəlb edən Şəmil Sadiq, monoqrafiyada Hüseyn Cavid, Kamal Abdulla, Zəlimxan Yaqub kimi yazarların əsərlərinin ideoloji fikri ilə İsa Muğanna yaradıcılığı arasında paralellər təhlil etdiyini tədbir iştirakçılarına çatdırmışdır. Həmçinin Şəmil Sadiq “Hədəf” nəşrləri tərəfindən böyük Ustadın bütün kitablarının yenidən çap edildiyini də, tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Məzar başında sazla kitab təqdimatı
Tədbirdə çıxış edən yazıçı Rüstəm Kamal, İsa Muğannanın Azərbaycan ədəbiyyatına gətirdiyi yeni fəlsəfi ideyalardan danışaraq, Muğanna irsinin hələ bundan sonra neçə əsrlər davam edəcəyini söylədi.

Anım mərasimi daha sonra aşıq Avdi Musayevin bir neçə saz havasının ifası ilə davam etdi.

Tədbirin sonunda yazıçı Şəmil Sadiqin “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” monoqrafiyası oxuculara hədiyyə olunub./senet.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930