manera.az
manera.az

Rəşad Məcidin növbəti kitabı çapdan çıxıb

13-04-2017, 12:47

Rəşad Məcidin növbəti kitabı çapdan çıxıb
“Mütərcim” nəşriyyat evi “Müasir Azərbaycan şeiri" seriyasından olan növbəti kitabı ingilis dilində çap edib.

Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin “Sən məni sev” adlı seçilmiş şeirlərdən ibarət toplusu ingilis dilində işıq üzü görüb. Kitabın adının dünyada çox populyar olan bir mahnının ("You Love Me") adından götürülməsi də təsadüfi deyil.

Layihənin müəllifi, kitabın tərcüməçisi və “Ön söz”ün müəllifi, yazıçı Kamran Nəzirli AZƏRTAC-a bildirib ki, Rəşad Məcidin bu kitabına daxil edilmiş şeirlərin əsas mövzusu sevgidir və bu başlıq da kitabda toplanan lirik sevgi şeirlərinin ümumi ovqatını ifadə edir. Layihənin formatına uyğun olaraq kitaba Rəşad Məcidin 21 şeiri daxil edilib.

Tərcüməçi deyib: “Bu şeirlərin diqqətçəkən cəhətlərindən biri onların bədii-fəlsəfi fikir ifadə etməsidir. Şeirlərdəki səmimiyyət, lirizm və orijinallıq bugünkü Avropa oxucusu üçün maraqlı ola bilər. Şeirlərin əksəriyyəti sərbəst vəzndə yazılıb, süjetli və obrazlıdır, onları tərcümə etmək çətin olmur”.

Tərcüməçi kitabın “Ön söz”ündə Rəşad Məcidin həyat və yaradıcılığı barədə də əcnəbi oxuculara qısa məlumat verib. Kitaba şairin müxtəlif illərdə yazdığı "Məktub", "Yastıq", "Futbol oynadığım yadımdan çıxıb", "Ağla, qardaşım, ağla", "Kimsəsiz ev", "Döndüm", "Sən kimsən, yeni doğulan?", "Sənin gülüşün", "Dünən, bu gün", "Sənin sirrin" və s. şeirləri yer alıb.

Nəşriyyatın direktoru Ə.Mirzallı isə bildirib ki, bu, K.Nəzirlinin layihəsi çərçivəsində Azərbaycan şair və yazıçılarının ingiliscə çıxan onuncu kitabıdır. Bu formatda olan kitabçaların az məsrəf sərf etməklə nəşr edilib xarici ölkələrdə yayılmasına dəstək vermək xeyirxah bir işdir və bu, həm də müstəqil Azərbaycanın müasir ədəbiyyatı, xalqımızın bədii məfkurə adamlarının yaradıcılığı ilə daha geniş oxucu kütləsinin tanış ola bilmək imkanlarını artırar.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30