manera.az
manera.az

AYB-də Məmməd Araz günü... MANERA.AZ

15-10-2016, 10:00

AYB-də  Məmməd Araz günü... MANERA.AZ

Azərbaycan Yazıçılar Birliyində “Məmməd Araz poeziya günü” adlı tədbir keçirilib.

Tədbir xalq şairi Məmməd Arazın doğum günü münasibətilə təşkil edilib.


Tədbirdə şairin həyat yoldaşı Gülxanım Fətəliqızı, şairin qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edib.

Birliyin katibi İlqar Fəhmi bildirib ki, təmsil etdiyi qurum Məmməd Arazın anım gününü poeziya günü kimi keçirmək haqqında qərar verib.

Şair-tədqiqatçı Qardaşxan Əzizxanlı Məmməd Arazın həyat və yaradıcılığından danışıb, qeyd edib ki, şairin poeziyası bir neçə ədəbi nəslin yetişməsində müstəsna rol oynayıb.

Poeziya günündə məktəblilərin ifasında “Bizi vətən çağırır”, “Üstümə qayıdan yazılarım”, “Getdilər” və s. şeirləri səsləndirilib, “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeiri ingilis dilində oxunub.

Tədbirdə Musa Yaqub, Sevda Tahirli, Çingiz Əlioğlu, Əlişirin Şükürlü, Abbas Abdulla və digərləri çıxış edərək poeziyanı gününün davamlı olaraq keçirilməsini təklif ediblər.

Poeziya Günündə Məmməd Arazın əlyazmalarından ibarət “Qarabağ simfoniyası” kitabı təqdim edilib./ APA.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30