manera.az
manera.az

Maqsud İbrahimbəyova “Şərəf” ordeni verildi

12-05-2015, 12:27

Maqsud İbrahimbəyova “Şərəf” ordeni verildi
Xalq yazıçısı Maqsud İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilib.

Məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, M.İbrahimbəyov Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.

Xatırladaq ki, M.İbrahimbəyov bədii yaradıcılığa 1960-cı illərdən başlamışdır. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. ."Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilmişdir.

"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir.

Azərbaycan Penklubunun (beynəlxalq yazıçılar təşkilatının) sədridir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (Beynəlxalq əlaqələr üzrə katib) seçilmişdir (1991). Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür. Kuba (1967) və İspaniyaya (1980) sovet nümayəndə heyətinin tərkibində rəsmi səfərdə, Monqolustan (1978) və Almaniya Demokratik Respublikasında (1980) yaradıcılıq ezamiyyətində olmuşdur. Amerikanın Luiziana ştatının fəxri senatoru və Minneapolis şəhərinin fəxri vətəndaşı seçilib.
Mayın 11-də M.İbrahimbəyovun 80 yaşı tamam olub.


Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031