manera.az
manera.az

Kənan Hacı Tolstoyun kitabını çevirib

18-04-2016, 18:45

Kənan Hacı Tolstoyun  kitabını çevirib
L. N. Tolstoyun "İnsan nə ilə yaşayır" kitabı işıq üzü görüb

Manera.az bildirir ki, dünya ədəbiyyatının, rus nəsrinin ən nəhəng ədəbi simalarından biri Lev Nikolayeviç Tolstoyun “İnsan nə ilə yaşayır?” adlı bu kiçik povesti onun digər iri və ya kiçik həcmli əsərlərindən tamamilə fərqli bir üslubda yazılıb.

Bu əsərdə yazıçı oxucuya çatdırmaq istəyir ki, bəşəri fəlakətlərdən xilas olmağın yeganə yolu hər bir insanın Allahı öz içində kəşf etməsidir. Dini dəyərlərə çox böyük önəm vermiş L. N. Tolstoy İslam dininə rəğbətini qətiyyən gizlətməyib. Mistik, irrasional təsvirlərlə tamamlanan “İnsan nə ilə yaşayır?” povesti yazıçının yaradıcılığında bəlkə də ən lakonik sənət nümunəsidir. Cəzalandırılaraq yerə göndərilən mələk üç suala cavab tapdıqdan sonra Allahın hüzuruna qayıda bilər. Əks halda geriyə yol yoxdur. Bu üç sual nədən ibarətdir?

1. İnsanda yaşayan nədir?
2. İnsana verilməmiş olan nədir?
3. İnsan nə ilə yaşayır?


Olduqca sadə süjet xəttinə malik olan əsərin qəhrəmanı Simon kasıb bir başmaqçıdır, bir gün o, dəri almaq üçün qonşu kəndə gedir və qayıdarkən küçədə çılpaq bir adamın soyuqdan büzüşüb tir-tir əsdiyini görür. Ona yazığı gəlir və evə gətirir.

Hər şey də bundan sonra baş verir.

Həyatını düzgün qurmaq üçün o üç sualın cavablarını öyrənməyə dəyər.

Əsəri dilimizə yazıçı Kənan Hacı çevirib.

Kitabın redaktoru İsmayıl Rizvanoğludur.

Qeyd edək ki, kitab "Yumruq" Ədəbi Birliyinin təşəbbüsü ilə nəşr olunub.


MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30