manera.az
manera.az

Ahıska türkləri ilə görüş olub MANERA.AZ

6-04-2016, 19:51

Ahıska türkləri ilə görüş olub MANERA.AZ
Bakı Slavyan Universitetində Axısqa türklərinin Yazarlar Birliyinin üzvləri ilə görüş keçirilib.

Tədbirin əvvəlində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi açan universitetin rektoru, professor Asif Hacıyev Ahıska türkləri barədə məlumat verib.

Soydaşlarımızın adət və ənənəsi, folkloru, mədəniyyəti barədə danışan rektor Ahıska türlərinin qədimlərə söykənən tarixindən söz açıb.

Tədbirdə çıxış edən Ahıska türkləri Yazarlar Birliyinin rəhbəri Fəzli Əşrəfov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Həmdi Eyvazov, Təzəgül Cavadova, Cabir Xalidov, Nurəddin Sasıyev və başqaları Ahıska türklərinin çətin günlərində onlara dayaq Azərbaycan xalqına minnətdarlıq ediblər.
Ahıska türkləri ilə görüş olub MANERA.AZ
Çıxışçılar Azərbaycan və Ermənistan arasında Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan hərbçilərimizin yaxınlarına başsağlığı veriblər.

Erməni qəsbkarlarını ifşa edən şeirlər, Ahıska şivəsində vətənpərvərlik ruhlu mahnılar səsləndirən şairlər Azərbaycan ordusuna uğurlar arzu edərək hər zaman onlarla birlikdə düşmənə qarşı döyüşə hazır olduqlarını deyiblər.
Sonra tələbələrin sualları cavablandırılıb, Bakı Slavyan Universiteti tərəfindən qonaqlara sertifikatlar təqdim olunub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30