manera.az
manera.az

Muxtar İmanovun “Sənət qayğıları” _MANERA

Muxtar İmanovun “Sənət qayğıları”  _MANERA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun “Sənət qayğıları” kitabı çapdan çıxıb.

İnstitutdan MANERA.AZ-a bildiriblər ki, nəşrə alimin müxtəlif illərdə yazılan, şifahi və yazılı ədəbiyyatın düşündürücü məsələlərinə həsr olunan məqalələri və iki müsahibəsi daxil edilib.

Kitab “Şifahi söz sənəti”, “Yazılı söz sənəti”, “Söz sənəti və ömür-gün qayğıları” adlanan üç bölmədən ibarətdir. Bu bölmələrdə “Oyunlar və ayinlər (Qarabağ nümunələri əsasında)”, “Folklorda lokallıq və universallıq”, “Qaravəllilərin ilkin mahiyyəti”, “Sənətkarın əyilməzliyi”, “Tənhalıq qıfılbəndi”, “Adım ayrılıqdır”, “Kövrəklik və ötkəmlik”, “Mirzə Cəlil yurdunda ədəbi proses” və digər məqalələr toplanıb. Nəşrdə “Adam dilində yazın”, “Görüləsi işlərimiz çoxdur” sərlövhəli müsahibələr də yer alıb.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərovadır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930