manera.az
manera.az

İnsanların eşqdən öldükləri yalandır - Uilyam Şekspir

26-04-2015, 15:48

İnsanların eşqdən öldükləri yalandır - Uilyam ŞekspirBu gün ingilis dramaturq, şair və aktyor, dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi Uilyam Şekspirin doğum günüdür.

Şekspir 1564-cü ildə İngiltərənin Stratford şəhərində anadan olmuşdur. 1585-1592-ci illərdə Londonda yaşamışdır. Londonda aktyor, yazıçı və teatr şirkətinin təsisçilərindən biri kimi fəaliyyət göstərmişdir. Şekspir 1613-cü ildə doğma şəhəri Stratforda qayıtmış və üç il sonra vəfat etmişdir.

Ölümündən sonra Stretfordda Şekspirə qəbrüstü abidə qoyurlar. Həmin abidə indiyədək ilkin şəkildə dayanıb, çünki qəbrin üstündəki qarğışı heç kim boynuna götürmək istəmir: «Dostum, Tanrı xətrinə bu torpağa gömülmüş meyiti qazıb çıxarma. Bura əl dəyməyən əsrlər boyu məmnun, cənazəmə toxunan isə lənətlənmiş olacaq». Bu yazı onunçün idi ki, arvadının yanında dəfn edilməsinə imkan verməsin.

Şekspirin qəbüstü abidəsi yazıçıdan daha çox kolbasa bişirən, ya da dərzini xatırladır. Onun əlində qələm, ya kağız əvəzinə bir boxça var. Bu abidə Şekspirin ölümündən 6 il sonra qoyulub və çox guman ki, ortabab heykəltaraşın abırlı vətəndaş haqqında təsəvvürlərinə tam uyğun yonulub. Aktyor olmaq eyib idi axı. Əlindəki boxça isə famil sənətkarlığının, gəlirin simvolu kimi seçilib. Bu həm də Şekspir ailəsinin prestij haqqında təsvvürlərinə tam uyğun idi. Sonralar Şekspir pyesləri iri tirajlarlla çıxıb gəlir gətirəndə bu ailə nəhayət ki, inandı ki, yazıçı olmaq da abırlı peşə ola bilər və abidədə dəyişikliklər edildi: yun boxçası qələm və kağıza əvəz olundu.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30