manera.az
manera.az

Rusiyanın KİV nümayəndələri BSU-da |MANERA.AZ

Rusiyanın KİV nümayəndələri BSU-da |MANERA.AZ

Parlament seçkiləri ərəfəsində Azərbaycana gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələri ilə oktyabrın 30-da Bakı Slavyan Universitetində görüş keçirilib.

Nümayəndələr əvvəlcə BSU-da fəaliyyət göstərən universitet muzeyində, Rus dili və mədəniyyəti mərkəzində olub və burada keçirilən dərslərdə iştirak ediblər.

Jurnalistlərlə görüşdə BSU-nun rektoru, professor Asif Hacıyev qonaqlara universitetin yaranma tarixi barədə məlumat verib. Bildirilib ki, BSU-da digər slavyan dilləri ilə yanaşı, rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə, jurnalistika və başqa sahələr üzrə mütəxəssis hazırlanır, habelə rusistikaya aid fundamental elmi tədqiqatlar aparılır. Rektor qeyd edib ki, universitet Rusiyanın bir çox nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirilir. Asif Hacıyev “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı, o cümlədən universitetdə fəaliyyət göstərən elmi laborotoriyalar və mərkəzlər barədə danışıb. BSU tərəfindən Moskva Dövlət Linqvistik Universiteti və Ural Federal Universitetində, eləcə də Belarus, Ukrayna. Bolqarıstan universitetlərində yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzləri haqqında da qonaqlara məlumat verilib. İsmayıllı rayonunun İvanovka kəndində kompakt şəkildə yaşayan molokan icması barədə danışan rektor qeyd edib ki, BSU-nun müəllim və tələbələri mütəmadi İvanovka kəndində folklor təcrübəsində olur, toplanmış folklor nümunələri kitab halında çapa hazırlanıb. A. Hacıyev Azərbaycanda rus dilinə böyük maraq olduğunu, bir çox məkətəblərdə və universitetlərdə rus dilli bölmələrinin, Rus Dram Teatrının fəaliyyət göstərdiyini və bunun dövlət tərəfindən dəstəkləndiyini vurğulayıb.

Rusiyanın KİV nümayəndələri BSU-da |MANERA.AZ

BSU-nun Sankt- Peterburq mərkəzinin rəhbəri, milliyətcə rus olan dosent İrina İvanovna Qədimova Azərbaycana olan böyük məhəbbətindən danışıb. Gənclik illərindən Azərbaycanda yaşayan İ.Qədimova Leninqrad blokadası iştirakçısı kimi ona bu ölkədə və Bakı Slavyan Universitetində rus dili və mədəniyyətinə göstərilən qayğıdan söz açıb.

Tədbirin davamında qonaqlar tələbələrin suallarını cavablandırıb. Rusiyalı jurnalistlər Bakı Slavyan Universiteti barədə xoş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüblər.

MANERA.AZ
Aytəkin Qardaşova
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930