manera.az
manera.az

Məşhur motivasiyaçı Bakıda seminar keçirdi

Məşhur motivasiyaçı Bakıda seminar keçirdi
19 oktyabrda Bakıda Avropa Azərbaycan Məktəbinin Badamdar filialında məşhur motivasiyaçı Hakan Mengüçün "Pozitiv düşün, özün kimi olmaq cəsarətini göstər" adlı seminarı keçirilib.

Maraqlı fəlsəfi düşüncələri ilə insanlara təsir etməyi bacaran Hakan Mengüç Türkiyədə və Azərbaycanda populyarlıq qazanıb.

O, kamillik fəlsəfəsindən süzülüb gələn, insanın bu dünyaya baxışını dəyişdirən qiymətli sözlərini möhtəşəm ney ifası ilə ahəstə-ahəstə bəzəyir. O, inandırır, xatırladır, ümidləndirir.
Məşhur motivasiyaçı Bakıda seminar keçirdi
Milyonlarla insanın ruhunu qidalandıran məşhur yazar və ney ustadı Hakan Mengüçün seminarı iki saat davam edib.

Seminar bitdikdən sonra saat 17:00-da “LIBRAFF”ın Park Akademiya filialında Hakan Mengüçün imza günü keçirilib. Oxucular müəllifin kitablarını imzaladıb və xatirə fotosu çəkdirə biliblər.

KİV nümayəndələrinin də qatıldığı tədbir "LIBRAFF" mağazalar şəbəkəsinin baş sponsorluğu ilə reallaşıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930