manera.az
manera.az

Kitab sərgisində insan izdihamı - Reportaj

Kitab sərgisində insan izdihamı -   Reportaj

Türkiyədə bu il ikinci dəfə təşkil edilən Ankara Kitab Sərgisinin ATO Congresiumda açılış mərasimi oldu

Tədbirdə Türkiyə Cümhuriyyətinin Prezidenti yanında Yüksək Məsləhət Şurasının üzvü Bülent Arınç, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov və başqa rəsmi qonaqlar iştirak etdilər.

Dövlət rəsmisi Bülent Arınç açılış mərasimindəki çıxışında sərginin Ankara və bütövlükdə mədəniyyət aləmi üçün xeyirli olmasını arzuladı.

Ankara kitab sərgisinin fəxri qonağı yazıçı Bəşir Ayvazoğlu sərgidə olmaqdan duyduğu xoşbəxtliyi dilə gətirərək, Türkiyədə oxucu sayının çox olduğunu, bunun da ölkənin gələcəyi üçün əhəmiyyətli olduğunu söylədi.

Çap olunmuş kitabla ünsiyyətin vacibliyini qeyd edən Ayvazoğlu fikrini belə davam etdirdi:

"Sən ona toxuna bilərsən, iyini hiss edə bilərsən, cibində gəzdirə bilərsən, avtobusda, qatarda, təyyarədə oxuya bilərsən. Bir küncdə Əhməd Həmdi Tanpınar, bir küncdə Yahya Kamal, bir küncdə Nazım Hikmət, mən fövqəladə dostluq yaşayıram. Heç vaxt canım canımdan çıxmır. Onları bəsləyərək kitablar yazıram.

Yaratdığınız kitabxananız zaman keçdikcə sizin tərcümeyi-halınıza çevrilir. Əlinizdəki elektron cihazdan oxuduğunuz kitab yoxdur, virtual bir şeydir, onları yığıb kitabxana edə bilmirsizniz. Kitab bir dostdur. Kitabxanama girəndə özümü dostlarımın arasında hiss edirəm; Əhməd Həmdi Tanpınar bir küncdə, Balzac bir küncdə, Yahya Kamal bir küncdə, Nazım Hikmət bir küncdə yaşayır və mən burada heç vaxt darıxmıram. Onlardan ilhamlanaraq yeni kitablar yazıram.”

Ayvazoğlu Ankara Kitab Sərgisinin açılışının ilk gününün iş günləri olmasına baxmayaraq buradakı böyük bir izdihamı çap olunmuş kitaba olan sevginin göstəricisi olduğunu vurğuladı.

Kitab Sərgisindən görüntülər - VİDEO

Sərginin digər fəxri qonaq yazıçısı İlya Boyaşov çıxışında Türkiyə ilə Rusiya arasında hər sahədə yaxşı əlaqələr və dərin bir iş birliyi olduğunu ifadə etdi. Rusiyada Türk yazıçılarının artan sayına diqqət çəkdi. Eyni zamanda Osmanlı dənizçisi olan Piri Rəis haqqında bir kitab yazacağını söylədi.

Açılış mərasimi protokol üzvlərinin açılış lentinin kəsilməsi ilə başa çatdı.

Sərginin təşkilat komitəsinin sədri Rəmzi Çayır sərgi ilə əlaqədar fikirlərini bizimlə bölüşdü.

O, Ankara Kitab Sərgisinin oxucu marağı baxımından Türkiyədə birinci olduğunu dedi: - "Afişaları məktəblərə paylamağa gedəndə müəllimlər və şagirdlərin gözləri parlayır. Diqqət çoxdur. Hər kvadrat metrə görə ən çox oxucu sayı olan kitab sərgisi Ankara Kitab Sərgisidir."

Kitab sərgisində insan izdihamı -   Reportaj

Fevral ayında təşkil olunan sərgini 500 mindən çox oxucu ziyarət etdiyini söyləyən Rəmzi Çayır bu sərgidə ziyarətçi sayının 600 mindən çox olacağını gözlədiklərini bildirdi.

"Sərgini iki dəfə etdiyimiz üçün ildə 1 milyon ziyarətçini keçəcəyik. Bu çox böyük rəqəmdir. Bu hər kəsin internetdə zaman itirdiyi vaxtda yenidən kitaba qayıtmağın bir əlamətidir" - deyə Rəmzi Çayır qeyd etdi.

Qeyd edək ki, 300-ə yaxın naşir stendlərininın açıldığı yarmarkaya ziyarət saatları hər gün 10:00 - 20:00 arasıdır. Sərgidə kitabların qiymətlərinə böyük endirimlər tətbiq olunur.

Sərgi 27 Oktyabra qədər davam edəcək. Bu müddətdə müxtəlif yazıçılarla görüşlər və onların imza mərasimləri də təşkil olunacaq.

Şəhla Aslan,
Ankara

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930