manera.az
manera.az

“Kitabla görüş” layihəsinə start verildi

“Kitabla görüş” layihəsinə start verildi
Dövlət Tərcümə Mərkəzi ölkədə ədəbiyyata, mütaliəyə marağın artırılması, kitab, oxu mədəniyyətinin aşılanması, əhalinin müasir milli və dünyəvi ədəbi prosesdən məlumatlandırılması məramıyla “Kitabla görüş” adlanan yeni maarifləndirici layihəyə start verib.

Ölkənin ayrı-ayrı regionlarında və mərkəzi şəhərlərində keçiriləcəyi planlaşdırılan layihənin ilk tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş tutub.

Tədbiri giriş sözü ilə Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçid açaraq, layihənin məramı və məqsədi haqqında danışıb. Mərkəz tərəfindən ərsəyə gətirilmiş yerli və beynəlxalq nəşrlərdən söz açıb.
“Kitabla görüş” layihəsinə start verildi
Mərkəzin idarə heyəti sədrinin müşaviri İlqar Rəsul, İnformasiya departamentinin baş redaktoru Qan Turalı bədii ədəbiyyatın cəmiyyətin inkişafında rolu, mütaliənin insan təfəkürünə təsiri barədə çıxış ediblər. Gənc şairlər – Rəbiqə Nazimqızı, Cəlil Cavanşir, Şəhriyar Del GeraniAqşin Evrən və region şairlərindən Ağa Ramazan şeirlərini oxuyublar. Şair, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi Vaqif Aslan, Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Mərkəzinin direktoru Yusif Şükürlü çıxış edərək, Tərcümə Mərkəzinin fəaliyyəti, maarifləndirici layihələrinin əhəmiyyəti haqqında danışıblar.

“Kitabla görüş” layihəsinin ölkənin digər şəhər və bölgələrində davam etdiriləcəyi nəzərdə tutulur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930