manera.az
manera.az

Bakıda Özbəkistanın tanınmış şairinin yaradıcılıq gecəsi keçirilib

12-10-2019, 20:08

Bakıda Özbəkistanın tanınmış şairinin yaradıcılıq gecəsi keçirilib
“Azərkitab” Kitab Mərkəzində Özbəkistanın tanınmış şairi, “Kitob dunyasi” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin yaradıcılıq gecəsi və Özbəkistan sənətçilərinin “Qarabağ üçün oxu” klipinin təqdimatı keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə “Azərkitab” Kitab Mərkəzinin rəhbəri Sabir Həsənov çıxış edərək belə görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Bakıda Özbəkistanın tanınmış şairinin yaradıcılıq gecəsi keçirilib
Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov klip barədə fikirlərini bölüşərək deyib: “Klipdə işğal edilmiş yerlərimiz, tarixi abidələrimiz göstərilib. Bir sıra mahnılar səsləndirilib. Klip "Qarabağ şikəstəsi" ilə bitir. Burada Cocuq Mərcanlıdan Şuşa gedən yol göstərilir”.

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu cür layihələr iki ölkə arasındakı birliyin möhkəmlənməsinə xidmət edir: “Buna bir musiqi layihəsi kimi baxmaq olmaz. Klipdə Özbəkistanın tanınmış sənətçiləri, gənclər var. Onlar Qarabağ üçün oxuyurlar. Gördünüz ki, o gənclər necə ürəklə oxuyurlar. Hamımız türk dünyasında belə layihələrin həyata keçirilməsinə çalışmalıyıq”.
Bakıda Özbəkistanın tanınmış şairinin yaradıcılıq gecəsi keçirilib
Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı bildirib ki, Xasiyyət xanım türk dünyasında tanınan bir imzadır. “Azərbaycanda özbək ədəbiyyatı çox yaxından öyrənilir. Xasiyyət özbək ədəbiyyatında çox önəmli simadır. O qaranlıqda işıq görən insandır. Onun şeirlərini oxuyanlar pessimist olduğunu düşünər. Amma bu belə deyil. Onun azərbaycanlı olduğunu görmək üçün rəhbəri olduğu qəzetin bir tirajını oxumaq kifayət edir”, – deyə Ə.Qoşalı bildirib.

Daha sonra klip nümayiş olunub, şairin şeiri səsləndirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031