manera.az
manera.az

Ofeliya Sənani xəstəxanaya yerləşdirilib

5-10-2019, 14:30

Ofeliya Sənani xəstəxanaya yerləşdirilib



Azərbaycanın Xalq artisti, görkəmli televiziya diktoru Ofeliya Sənani infarkt keçirib.

1 saylı Kliniki Tibbi Mərkəzinin verdiyi məlumata əsasən,vəziyyəti ağır stabil olan O.Sənani infarkt keçirib və ona kəskin koronar sindromu diaqnozu qoyulub.
Xalq artisti hazırda reanimasiya şöbəsində həkim nəzarətindədir.


Qeyd edək ki,Ofeliya Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).


Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031