manera.az
manera.az

Bakıda tanınmış türk şairlə görüş olub

4-10-2019, 10:47

Bakıda tanınmış türk şairlə görüş olub
Oktyabrın 3-də Bakı Kitab Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı çərçivəsində tanınmış türkiyəli şair Tuğrul Tanyolla görüş keçirilib.

Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin direktoru Günel Rzayeva açaraq bu mədəniyyət ocağında ənənəvi olaraq tanınmış şair və yazıçılar, elm adamları, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin keçirildiyini diqqətə çatdıraraq qonağı oxuculara təqdim edib.
Bakıda tanınmış türk şairlə görüş olub
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi iki ölkə arasında mədəni əlaqələrə nəzər salaraq şair Tuğrul Tanyolun yaradıcılığından və türk ədəbiyyatına töhfəsindən danışıb. Bildirib ki, Türkiyənin tanınmış şairlərindən olan Tuğrul Tanyol 10 şeir kitabının müəllifidir. “Əlindən tutun günün”, “Avqust dəhlizlər”, “Otaq musiqisi”, “Əvvəli və sonrası” və sair şeirlər kitabının müəllifinin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilib.

O, 2017-ci ildə “Premio Europa in Veri” mükafatına layiq görülüb. Şeir haqqında esseleri “Yaxşı şeir koalisiyası”, “Şeirin şəcərəsi” adlı kitablarında toplanıb.
Bakıda tanınmış türk şairlə görüş olub
Sonra Tuğrul Tanyol yaradıcılığı haqqında məlumat verib, öz şeirlərini söyləyib və oxucuların suallarını cavablandırıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031