manera.az
manera.az

“Yeni zaman Azərbaycan şeiri antologiyası” təqdim olunub

1-10-2019, 16:16

“Yeni zaman Azərbaycan şeiri antologiyası” təqdim olunub
Qazaxıstanda nəşr edilmiş “Yeni zaman Azərbaycan şeiri antologiyası” kitabının VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təqdimatı keçirilib.

Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan DGTYB sədr müavini Ruslan Dostəli qonaqları Bakıda salamlamaqdan məmnun olduğunu bildirib. Özünün də Qazaxıstanda təhsil alıb Bakıya qayıtdığını xatırladan gənc yazar Qazaxıstan ədəbi mühiti ilə əlaqələrin vacibliyinə toxunub.
“Yeni zaman Azərbaycan şeiri antologiyası” təqdim olunub
Daha sonra Atatürk Mərkəzinin şöbə müdiri, kitabın həmtərtibçisi Əkbər Qoşalı Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin uğurla inkişafına toxunub və iki qardaş xalq arasında ədəbi əməkdaşlığın inkişafına DGTYB-nin də töhfələr verdiyini xatırladıb. O, həmçinin bu qurumun əsasının məhz Qazaxıstanın Türküstan şəhərində Əhməd Yasəvi adına Universitetdə qoyulduğunu xatırladıb və həmin gündən etibarən türk xalqları arasında istedadlı gənc yazarların imzalarının tanıdılması, müxtəlif topluların hazırlanması istiqamətində işlər görüldüyünü vurğulayıb. Qazaxıstanda çap edilmiş “Yeni zaman Azərbaycan şeiri antologiyası”nın bu ədəbi əlaqələrə töhfə olduğunu vurğulayan Əkbər Qoşalı bir neçə il öncə Qazax şairlərinin də şeirlərindən ibarət toplunun Bakıda işıq üzü gördüyünü xatırlatdı və bu cür qarşılıqlı əlaqələri yüksək qiymətləndirdi.
“Yeni zaman Azərbaycan şeiri antologiyası” təqdim olunub
Daha sonra Qazaxıstan Yazıçılar Birliyininin Nursultan şəhər bölməsinin başqanı Dövlətkerek Kapoğlu çıxış edərək Qazaxıstan və Azərbaycan Türklərinin ortaq tarixi, ədəbi , mədəni irsinin mövcud olduğunu, bu cür tədbirlərin bu qardaşlıq tellərini daha da möhkəmləndirdiyini vurğuladı. Qeyd etdi ki, “Koroğlu”, “Dədə Qorqud” kimi bizim ortaq ədəbi abidələrimiz fəxrimizdir. Onun sözlərinə görə, yeni nəşr edilmiş topluda Azərbaycanın parlaq imzalarının şeirləri qazax türkcəsində yer alıb və bu kitab Azərbaycanın çağdaş ədəbi nümunələrini qazax oxucusuna çatdırılması üçün mühüm əhəmiyyət daşıyır. AYB ilə də yaxşı əlaqələrin olduğunu bildirinlb. Qazaxıstanının "Foliant" nəşriyyatının direktoru Nurlan İsabekov da öz növbəsində Bakıda keçirilən kitab sərgisi yarmarkasında kitaba olan marağın yüksək olduğunu vurğulayıb və əlaqələrin davamlı olmasına inandığını qeyd edib.
“Yeni zaman Azərbaycan şeiri antologiyası” təqdim olunub
Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, professor Almaz Ülvi türk xalqları ədəbiyyatının özəllikləri, bu günə kimi keçdiyi yola nəzər saldı. Qeyd etdi ki, SS1Rİ-nin süqutundan sonra türk xalqları ədəbiyatının öyrənilməsində də yeni bir səhifə açıldı, bu gün Azərbaycan ədəbi ictimaiyyətinə təqdim edilən bu kitab olduqca əhəmiyyətlidir.

DGTYB sədri İntiqam Yaşar kitabda bir sıra parlaq imzaların içərisində gənc şairlərin əsərlərinin də olduğunu vurğuladı və bu təşəbbüsə görə təşəkkür etdi.
“Yeni zaman Azərbaycan şeiri antologiyası” təqdim olunub
Daha sonra Əli Kərim adına Poeziya Evinin direktoru şair İbrahim İlyaslı, AYB üzvü, şair Həyat Şəmi, şair Namiq Hacıheydərli, alim Təranə Turan Rəhimli, şair İlqar Türkoğlu, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, şair Habil Rzanur, rejissor Nicat Qərib,folklorşunas alim Əli Şamil və digərləri türkdilli ölkələrin şair və yazıçıları arasında bu cür təqdimatların və birgə layihələrin həyata keçirməsini yüksək qiymətləndirib və vurğulayıblar ki, bütün bu atılan addımlar münasibətlərin möhkəmlənməsində böyük rol oynayır.

Daha sonra dombranın sədaları altında DGTYB üzvü bədii qiraətçi Ülkər Piri Qazax şairlərinin şeirlərini səsləndirib../Əfsanə Ələsgərli/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031