manera.az
manera.az

“Qızıl kəlmə” mükafatının qalibləri ilə görüş

30-09-2019, 10:10

“Qızıl kəlmə” mükafatının qalibləri ilə görüş
VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası çərçivəsində sentyabrın 29-da “Qızıl kəlmə” mükafatının qalibləri ilə görüş keçirilib.

Manera.az xəbər verir ki, görüşdə tanınmış şair, “Qızıl kəlmə” mükafatının sahibi Vaqif Bəhmənli bu mükafatın yaradıcı adamların həyatında xüsusi yeri olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatı 2009-cu ildə təsis olunub. Müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsidir, çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, müasir qələm sahiblərini yeni və geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Mükafat artıq 6-cı ildir təqdim edilir.
“Qızıl kəlmə” mükafatının qalibləri ilə görüş
Tədbirdə çıxış edən mükafatın qalibləri “Qızıl kəlmə”nin əhəmiyyətindən və görkəmli ədiblərimizin tanıdılması istiqamətində ölkəmizdə reallaşdırılan layihələrdən danışılıb. Bildirilib ki, son illər Azərbaycan ədəbiyyatının təbliği istiqamətində mühüm işlər görülməkdədir.

Qeyd edək ki, “Qızıl kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qalibləri sırasında “Nəsr nominasiyası” üzrə Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” kitabı və Mübariz Örənin “Balıq gülüşü” kitabı, “Poeziya nominasiyası” üzrə Salam Sarvanın “Heykəl tənhalığı” kitabı və Vaqif Bəhmənlinin “Qansız savaş” kitabı, İbrahim İlyaslının “Şair olmaq zülümdür” kitabı, “Ədəbi tənqid və publisistika nominasiyası” üzrə Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı, Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı, “Orijinaldan bədii tərcümə nominasiyası” üzrə Vilayət Hacıyevin Haynrix Böllün “Kişisiz ev” romanı, Seyfəddin Hüseynlinin Culian Barnsın “Aqibət duyğusu” romanı, “Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası” üzrə Reyhan Yusifqızının “Dostum Mimi” kitabı, Solmaz Amanovanın “İlmənin macəraları” və digər əsərlər yer alıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031