manera.az
manera.az

Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib

30-09-2019, 09:47

Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
Rəşid Behbudov adına Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə "Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası" kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.

Xatırladaq ki, bu ilin yazında Azərbaycan Prezidenti İlham Əliyev digər yaradıcılıq təşkilatları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinə də maliyyə yardımı ayırıb və təqdim olunan kitab da məhz bu yardım sayəsində işıq üzü görüb.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, "Gənclik" nəşriyyatında işıq üzü görən nəfis tərtibatlı antologiyanı hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, fəlsəfə doktoru Altay Məmmədli, redaktoru isə filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

Toplu ölkəmizin müxtəlif bölgələrində hazırda yaşayıb-yaradan və müxtəlif yaş qruplarını təmsil edən 60-dan çox aşığın bədii yaradıcılığını əhatə edir. Aşıq şeirinin ən müxtəlif poetik biçimlərinin (gəraylı, qoşma, təcnis, divani, müxəmməs, bayatı və s.) yer aldığı bu nəşr tarixən mövcud olan aşıq şeiri ənənəsinin hazırda da davam etdiyini təsdiqləyir.

Topluya daxil edilmiş şeirlərin poetik ruhunda Vətən, el-yurd məhəbbəti, qəhrəmanlıq, milli dövlətçiliyə bağlılıq, mənəvi saflıq, halallıq və mərdliyin tərənnümü xüsusilə diqqəti çəkir.

Sonra tədbirin aparıcısı, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor M.Qasımlı və aşıqlar çıxış edərək kitabla bağlı fikirlərini bildiriblər./525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031