manera.az
manera.az

Vurğun Əyyub Türkiyədə anıldı

Vurğun Əyyub Türkiyədə  anıldı
Türkiyənin Kafkas Universitetində Vurğun Əyyubun anma mərasimi keçirilib.

Bu gün Türkiyənin Qars şəhərində yerləşən Kafkas Universitetində Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölümünün təşkilatçılığı ilə 24 sentyabrda ağır xəstəlik nəticəsində dünyasını dəyişən dəyərli elm adamı, ədəbiyyatşünas Vurğun Əyyubun anma mərasimi keçirilib.

Universitetdən məlumata görə, tədbirdə universitetin Humanitar və Dəqiq Elmlər Fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri açan həmyerlimiz professor Hacalı Nəcəfoğlu 2010-2012-ci illər arasında Kafkas Universitetinin Azərbaycan dili və ədəbiyyatı şöbəsində çalışan Vurğun Əyyubun elmi-pedaqoji və siyasi fəaliyyətindən bəhs edərək onun vaxtsız ölümünün Azərbaycan, eləcə də Türk dünyası üçün ağır bir itki olduğunu dilə gətirib.

Vurğun Əyyubun həyat yolunu əks etdirən video-slayt təqdim edildikdən sonra universitetin Slavyan dilləri və ədəbiyyatları bölümünün professoru Xurşid İsayev, Türk dili və ədəbiyyatı bölümünün müdiri dosent Mithat Durmuş və Çağdaş Türk Ləhcələri və ədəbiyyatları bölümünün müdiri dosent İlkin Qulusoy söz alaraq mərhumla bağlı xatirələrini paylaşıb, Allahdan rəhmət diləmiş və ailəsinə başsağlığı verdiklərini ifadə etmişlər.

Tədbirin sonunda professor Hacalı Nəcəfoğlu bir zamanlar Vurğun Əyyubun dərs keçdiyi və Azərbaycanla bağlı tədbirlər hazırladığı konfrans zalına onun adının verilməsini təklif etmişdir.

Tədbir İlahiyyat fakültəsinin müəllimi həmyerlimiz Coşqun Zəkinin mərhumun ruhuna Yasin surəsini oxuması ilə başa çatmışdır.


Vurğun Əyyub Türkiyədə  anıldıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930