manera.az
manera.az

Türkiyədə Nizami Cəfərovun kitabının təqdimatı olub

21-09-2019, 15:58

 Türkiyədə Nizami Cəfərovun kitabının təqdimatı olub
Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində akademik Nizami Cəfərovun qələmə aldığı “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edildi.

Türkiyədə Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olundu
Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində akademik Nizami Cəfərovun qələmə aldığı “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edildi.

“Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən 5000 tirajla çap olunan kitab Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunmaqla yanaşı, türkiyəli oxucular da satış köşklərindən bu kitabı əldə edə biləcəklər. Kitabı Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib.

Kitabda Azərbaycan ədəbiyyatı tarixinin əsas dövrləri, böyük şəxsiyyətlərin yaradıcılıq yolu, ideya-estetik təmayüllər işıqlandırılıb. N.Gəncəvinin, Füzulinin, M.P.Vaqifin, Aşıq Ələsgərin, M.Ə.Sabirin, Ə.B.Hüseynzadənin, A.İldırımın, S.Vurğunun, M.Hüseynin, M.Müşviqin, İ.Şıxlının, B.Vahabzadənin, H.Arifin, İ.Muğannanın, N.Həsənzadənin, Anarın, Elçinin, Zəlimxan Yaqubun, Afaq Məsudun və digər görkəmli söz adamlarının yaradıcılığına ayrıca oçerklər həsr edilib. Müəllif çalışıb ki, türkiyəli oxucularda Azərbaycan ədəbiyyatı barədə qədim dövrlərdən bu günə qədər aydın elmi təsəvvür yaransın.

Akademik Nizami Cəfərovun qələmə aldığı “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 43-cü kitabdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031