manera.az
manera.az

Macarıstan prezidenti Kamal Abdullanı təltif etdi - Foto

Macarıstan prezidenti Kamal Abdullanı təltif etdi - Foto
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif olunub.

Manera.az xəbər verir ki, sentyabrın 13-də ordenin təqdimatı ilə bağlı universitetdə tədbir keçirilib.

Rektor Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyini universitetdə görməkdən məmnun olduğunu deyib, səfirin universitet heyəti və tələbələr tərəfindən hər zaman isti münasibətlə qarşılandığını qeyd edib. Rektor “Zabit Xaçı” ali ordeni ilə təltif olunmasının böyük şərəf olunduğunu söyləyib və Macarıstan Prezidentinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib:

“Bu ordeni bütün kollektivimizə aid edirəm. Bu, hamımızın birgə gördüyü işin nəticəsidir və ordenin təqdim olunmasında hər kəsin öz əməyi, zəhməti var. Macar dili, ədəbiyyatı, macarşünaslıq universitetimizin ən prioritet sahələrindən biridir. Dillər Universitetinin Macarıstan səfirliyi ilə çox maraqlı və perspektivli proqramları, layihələri var. Əminəm ki, hər iki ölkədə tələbələrimiz bir-biri ilə ünsiyyət quracaq, akademik heyətimiz bu proqramlardan istifadə edəcəklər. Bugünkü görüş qarşılıqlı olaraq yeni imkanlar açır”.

Səfir Viktor Sederkenyi akademik Kamal Abdullanı Macarıstan Prezidentinin sərəncamına əsasən “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif etməkdən şərəf duyduğunu söyləyib:

“Akademik Kamal Abdulla Azərbaycanın vətənpərvəri, müdrik insan, böyük alim və Macarıstanın dostudur. Macarıstan və Azərbaycan arasında olan əlaqə strateji və dostluq xarakteri daşıyır. Bu, xalqlarımızın mənafeyinə yönəlmiş əməkdaşlığın bütün sahələrini əhatə edir. Bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir, iqtisadi əməkdaşlığımız genişlənir, qarşılıqlı mədəni proqramlarımız rəngarəngdir. Yüzlərlə azərbaycanlı tələbə bu gün Macarıstanda təqaüd proqramları çərçivəsində təhsil alır. Onu da qeyd etmək lazımdır ki, azərbaycanlı tələbələr məhz belə nüfuzlu universitetdə macar dilini öyrənməyə müvəffəq olurlar. Qarşılıqlı dəstək və anlaşmanın bu səviyyədə inkişaf etdirilməsi əlaqələri yaradan və qoruyub saxlayan insanların əməyi nəticəsində mümkün olub.

Bu cür insanlar böyük diqqətə layiqdirlər. Akademik Kamal Abdulla da həmin Azərbaycan vətəndaşları sırasına daxildir. Onun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verməsi Macarıstan hökuməti tərəfindən diqqətlə qarşılanır. Kamal Abdullanın universitetə rəhbərlik etdiyi vaxtdan etibarən əlaqələrimiz daha da möhkəmlənib və genişlənib. O, yüksək səviyyəli əlaqələrimizin müxtəlif yollarla inkişafına töhfə verib. Eyni zamanda macar dilinin Azərbaycanda tədrisini dəstəkləməklə, Macar dili mərkəzinin Dillər Universitetində fəaliyyətə başlamasında, səfirlik və mərkəz arasındakı işgüzar əlaqələrin inkişafında, çoxsaylı birgə layihələrimizin keçirilməsində böyük rol oynayıb”.

Sonra səfir Macarıstan Prezidenti Yanoş Aderin Sərəncamına əsasən Macarıstanın “Zabit Xaçı“ ali xidmət ordenini ADU-nun rektoru Kamal Abdullaya təqdim edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930