manera.az
manera.az

Gənclik İnkişaf Forumu keçiriləcək

12-09-2019, 23:18

Gənclik İnkişaf Forumu keçiriləcək
Gəncləri bir araya gətirmək, onların fərdi inkişafına töhfə vermək, maraqlandıran məsəllələrin həlli yollarını birlikdə araşdırmaq və aktiv müzakirə mühiti yaratmaq məqsədi ilə Miqrasiya Könüllüləri “Gənclik İnkişaf Forumu” layihəsinə başlayır.

Layihə çərçivəsində gənclərin sahələr üzrə peşəkar, təcrübəli şəxslərlə müzakirə formatında müxtəlif mövzularda görüşləri təşkil olunacaqdır. İştirakçılar müəyyən edilmiş mövzular ətrafında geniş müzakirələr aparmaq, təkliflər vermək, suallar ünvanlamaq, məlumatlar almaq imkanı qazanacaq, forumun qonaqları ilə daha yaxından tanış olacaqlar.

Gənclik İnkişaf Forumunun ilk qonağı Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovdur.
Mövzu: Fərdi inkişaf strategiyaları

Görüş 22 sentyabr, saat 10:30-da, Dövlət Miqrasiya xidmətinin inzibati binasında təşkil olunacaq.

Qeydiyyat üçün:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdkH3ZAq-Sz19tWmgJl5PPWmeT2p3RO74uFJ7XkbyGT7nV7bQ/viewform?vc=0&c=0&w=1Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30