manera.az
manera.az

Qarabağ qazilərini siz də tanıyın! - FOTO

9-09-2019, 12:07

Qarabağ qazilərini siz də tanıyın! - FOTO
Beyləqanda “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsi keçirilir. Düşərgədə iştirak edən könüllülər müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunurlar.

Sayca dördüncü “Hərbiyyə”də Qarabağ qaziləri də iştirak edirlər. Onlar öz təcrübələrini gənclərlə bölüşürlər.

Həmin qazilərin hər biri Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edərək bir sıra uğurlu əməliyyatlarda iştirak ediblər. Onların arasında 2016-cı ilin aprel döyüşlərində qazi olanlar da var.

Qarabağ qazisi, bir sıra uğurlu əməliyyatlarda iştirak edən İlqar Babayev uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə aldıqdan sonra ordu sıralarından tərxis olunub.

Qazimiz Elvin Hüseynov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət keçib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş qazi Rəşad Həşimov 2014-ci ilin avqust əməliyyatlarında yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.

Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş Əliağa Zeynalov 2016-ci ilin aprel döyüşlərində yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.

Qarabağ qazisi, bir sıra uğurlu əməliyyatlarda iştirak edən Elşad Haşımov da uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2016-ci ilin aprel döyüşlərində yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş Nəbi Şükürov 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.

Uğurlu əməliyyatlarda iştirak edən digər Qarabağ qazisi Natiq Mehdiyev uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.

Qarabağ qazisi Aqil Əhmədov 1997-ci ildə kəşfiyyat tapşırığını yerinə yetirərkən ağır yaralanıb və əsir düşüb. O, 2 ildən sonra düşmən əsirliyindən xilas edilib.

Qarabağ qazilərini siz də tanıyın! - FOTO
Foto: Şahin Sərdarov
//azvision.az//Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30