manera.az
manera.az

Samir İmanov 4-cü kitabını təqdim etdi (FOTOLAR)

7-09-2019, 23:02

Samir İmanov 4-cü kitabını təqdim etdi  (FOTOLAR)
Sentyabrın 7-də “Akademkitab” kitab evində I qrup fiziki qüsurlu yazar Samir İmanovun “Zəif əzələ, güclü iradə” adlı kitabının təqdimatı olub.

Tədbiri “Akademkitab”ın direktoru Əliağa Cəfərli açaraq kitabın hamı üçün bir örnək olduğunu, fiziki qüsuru olan insanlara hər vaxt diqqət göstərməyin lazım olduğunu vurğulayıb.

Tədbirin təşkilatçısı, yazıçı-jurnalist Şəhla Aslan və digər çıxış edənlər kitab barədə öz fikirlərini bölüşüblər. Bildirilib ki, “Zəif əzələ, güclü iradə” adlı bu kitab Samir İmanovun əlilliyi olan insanların həyatına, düşüncələrinə həsr etdiyi üçüncü kitabıdır. Samirin “Hədəfdəki insan”, “Özünlə fəxr et” adlı bundan əvvəlki kitablarında da əlilliyi olan insanın həyatından bəhs edilib.

Qeyd edilib ki, 1981-ci ildə Sumqayıt şəhərində anadan olan Samir İmanov uşaq yaşlarından serebrial iflic və hemofiliya xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, ağır xəstəliklərə mətanətlə sinə gərib. Hazırda bədii yaradıcılıqla məşğuldur, bir çox yazı müsabiqələrinin qalibidir.

Şair, kitabın redaktoru Rasim Qaraca bildirib ki, Samir İmanovun kitab çap etdirməsi böyük qəhrəmanlıqdır.

Digər çıxış edənlər, yazıçı Yaşar Bünyad, Azər Qismət, "Qafqaz-media" İB-nin sədri Hacı Azadə Taleh müəllifin ərsəyə gətirdiyi bu dəyərli kitab haqda danışaraq, tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Sonda Samir İmanov çıxışında “Zəif əzələ, güclü iradə” kitabını yazmaqda əsas məqsədin əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək, mövcud problemləri qabardaraq, onların həllinə müəyyən qədər nail olmaq olduğunu diqqətə çatdırıb. Müəllim eyni zamanda əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etməyin vacibliyindən bəhs edib.

Tədbirin sonunda S. İmanov oxucuları üçün yeni kitabını imzalayıb, xatirə şəkilləri çəkdirilib.

MANERA.AZ

Samir İmanov 4-cü kitabını təqdim etdi  (FOTOLAR)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30