manera.az
manera.az

"Hərbiyyə -101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib - FOTOLAR

6-09-2019, 10:47

"Hərbiyyə -101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib - FOTOLAR
“Hərbiyyə -101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib.

Manera.az xəbər verir ki, "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşəbbüsü ilə Bakının azad olunmasının 101-ci illiyinə həsr edilmiş “Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib.

Ümummilli lider Heydər Əliyev abidəsi önünə gül dəstələri qoyulmaqla başlanan düşərgənin açılış mərasimi Sentyabrın 5-də Beyləqan rayon hərbi birliyində keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Birlik komandiri, general-mayor Mayis Bərxudarov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edib: "Bu gün Beyləqanda baş tutan "Hərbiyyə" hərbi vətənpərvərlik düşərgəsi bu il üçün artıq ikinci, ümumiyyətlə, dördüncü düşərgədir. Bir müddət öncə Gədəbəy rayonunda Müdafiə Nazirliyi ilə birgə 100 nəfər könüllü üçün düşərgə təşkil olunmuşdur. Könüllülərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakının azad olunmasının 101 illiyinə həsr edilmiş “Hərbiyyə - 101” hərbi vətənpərvərlik düşərgəsinə start verdik.

Dövlət Agentliyinin sədri bildirib: "Bu düşərgəyə 101 Asan Könüllüsü cəlb edilib. İlk elan verildiyi gündən 1200 gənc bu düşərgədə iştirak üçün müraciət etmişdir. Könüllülərin müraciətini ölkə rəhbərliyinə məruzə etdik. Ölkə rəhbərliyinin tapşırığı əsasında Müdafiə Nazirliyi ilə birgə könüllülərin müraciətini nəzərə alaraq, "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsini təşkil etdik.

"Azərbaycan gəncliyi vətənpərvərdir. Çalışırıq ki, gənclərimiz bu istiqamətdə daha da inkişaf etsinlər. Ölkə rəhbərliyinin tapşırığı ilə bu tədbir sistemli şəkildə və daim keçiriləcək."

Ü.Mehdiyev qeyd edib ki, Ermənistanın Qarabağla bağlı dövlət siyasəti odur ki, maksimum dərəcədə münaqişənin müddəti uzadılsın, yeni nəsillər gəlsin və Qarabağı görməyən nəsil formalaşsın: - Elə düşünürlər ki, yeni nəsil mübarizə aparmayacaq. Amma Aprel döyüşləri təkcə Ordunun gücünü göstərən döyüş olmadı. Bu döyüş həm də bizim gəncliyin imtahanı, sınağı idi. Azərbaycan gəncliyi bu imtahandan uğurla çıxdı və bütün dünyaya bəyan etdi ki, yeni nəsilik, Qarabağı görməyən nəsilik, amma Qarabağı əvvəlki nəsildən daha əzmlə, inamla tələb edirik və buna nail olacağıq. Hər birimizə bu müqəddəs amal, məqsəd uğrunda qələbə qazanmağı arzu edirəm".

Gənc vətənpərvərlərə bələdçilik edən Müdafiə Nazirliyinin məsul əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bölgənin təbii-coğrafi şəraiti, bu bölgə uğrunda gedən uğurlu döyüşlər, qəhrəmanlar və şəhidlik zirvəsinə ucalan ölməz igidlər haqda qürurla danışıb.

Çıxış edən digər qonaqlar da Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatların bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Həmçinin ölkəmizdə regionların sosial-iqtisadi inkişafından söz açan qonaqlar ASAN Könüllüləri tərəfindən dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

Sonra “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin sakinləri düşmənlə təmas xəttində əsgəri xidmət üçün yaradılan ən müasir şəraitlə, maddi-texniki baza ilə, eləcə də digər infrastrukturlarla tanış olub və belə bir Orduya malik respublikanın vətəndaşı olduqlarından qürur duyduqlarını qeyd ediblər.

Qeyd edək ki, Beyləqanda baş tutan düşərgə sentyabrın 10-dək davam edəcək. Hərbi simulyasiya formatında həyata keçiriləcək bu layihə çərçivəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.

Şəhla Aslan,
Beyləqan-Bakı

"Hərbiyyə -101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30