manera.az
manera.az

Dövlət Xidməti hekayə müsabiqəsi elan etdi

2-09-2019, 15:57

Dövlət Xidməti hekayə müsabiqəsi elan etdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik mövzusunda hekayə müsabiqəsi elan edib.

Manera.az xəbər verir ki, müsabiqə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibəti ilə keçirilir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

Təqdim olunan hekayələrin mövzusu hərbi vətənpərvərlik ideyasının təbliği, gənclər arasında hərbi xidmətə çağırış ruhunun yüksəldilməsi və cəmiyyətdə səfərbərlik hazırlığının aşılanması istiqamətində olmalıdır;

Müsabiqəyə təqdim olunmuş hekayə yeni əsər olmalı, əvvəllər heç bir yerdə çap edilməməlidir;

Hər bir iştirakçı müsabiqəyə 1 hekayə təqdim edə bilər;

Hekayənin həcmi 10000 (on min) işarəyədək (probellə) olmalıdır;

Müsabiqəyə təqdim olunan hekayələr təbliğat, maarifləndirmə məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər;

Müsabiqə üçün hekayələr 2019-cu ilin sentyabr ayının 2-dən 2019-cu ilin dekabr ayının 15-dək elektron formada info@seferberlik.gov.az ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı ünvan, iş yeri) və əlaqə nömrələrini göstərməsi zəruridir;

Müsabiqədə 29 yaşadək gənclər iştirak edə bilər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30