manera.az
manera.az

Şəki Xan Sarayı fəaliyyətini bərpa etdi

9-08-2019, 12:14

Şəki Xan Sarayı fəaliyyətini bərpa etdi
Avqustun 9-da Dövlət Turizm Agentliyinin tabeliyindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.

Bu barədə Dövlət Turizm Agentliyindən Manera.az-a məlumat verilib. Xəbərdə bildirilir ki, yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib.

Xatırladaq ki, iyulun 14-də saray ərazisindəki 1530-cu ilə aid çinar ağacının təxminən 50 santimetr diametrində olan budağı qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşmüşdü.

Respublika Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən birgə rəydə hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu açıqlanmışdı.

Hadisədən sonra müvafiq araşdırma və bərpa işlərinin bitməsinədək sarayın fəaliyyəti dayandırılmışdı.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30