AMEA ŞREM-in əməkdaşlarından yeni İXTİRA

Tarix:9-08-2019, 11:59 Baxış Sayı:446

AMEA ŞREM-in əməkdaşlarından yeni İXTİRA
Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin əməkdaşları biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlübiologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilovun “Fındıq qabığından bioeksrakt” adlı ixtirasına dair iddia sənədi Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə göndərilib.

Mərkəzdən Manera.az-a bildirilib ki, iddia sənədinin ekspertizası aparılıb və ixtiranın patent qabiliyyəti şərtlərinə uyğunluğu müəyyənləşdirilib. Patent haqqında sənədin “Sənaye mülkiyyəti bülletenində” dərc olunması tövsiyə edilib.
AMEA ŞREM-in əməkdaşlarından yeni İXTİRA
Fındıq qabığından alınan bioekstraktın tərkibi bioloji fəal maddələrlə yanaşı, orqanizm üçün tələb olunan həyati vacib mikro və makroelementlərlə zəngindir. Bioekstrakt bir sıra xəstəliklərin müalicə və profilaktikasında, həmçinin dadverici və yeyinti boyası kimi qənnadı və qida sənayesində geniş istifadə imkanlarına malikdir.

Hazırda əməkdaşlar patentin kommersiyalaşdırılması istiqamətində layihə hazırlayır və bioekstraktın sənaye miqyasında istehsalı üçün texnologiya üzərində işləyirlər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ