manera.az
manera.az

"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının növbəti sayı

9-08-2019, 09:50

"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının növbəti sayı
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq" Beynəlxalq elmi jurnalının 2019-cu ildə birinci sayı nəşr olunub.

Manera.az xəbər verir ki, jurnal uzun müddət "Ədəbi əlaqələr" adı ilə fəaliyyət göstərib. AMEA Rəyasət Heyətinin jurnalların təkmilləşdirilməsi haqqında qərarından sonra komparativistika istiqmətində ixtisaslaşan jurnalın adı dəyişdirilərək "Müqayisəli ədəbiyyatşünaslıq" adlandırılıb. Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş Xüsusi buraxılış 2018-ci ildə bu adda çap olunub.

"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilib və Beynəlxalq ISSN kodu alınıb. Jurnalın clsjournal.literature.az elektron variantı yaradılıb və tezliklə istifadəyə veriləcək.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat institutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə çap olunan jurnalın bu sayında Dünya ədəbiyyatı və Türk xalqları ədəbiyyatı ilə qarşılıqlı müqayisəli təhlillərin yer aldığı elmi məqalələr işıq üzü görüb.

"Müqayisəli ədəbiyyatşünaslıq" Beynəlxalq elmi jurnalının baş redaktoru, akademik İsa Həbibbəylidir. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.

Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Cənubi Koreya, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Başqırdıstan, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30