manera.az
manera.az

Bir bulud kədərəm... - MANERA.AZ

Bir bulud kədərəm...  - MANERA.AZ
MANERA.AZ Faiq Balabəylinin şeirini təqdim edir:

Dostum Anar Yusifoğlunun dilindən

40-cı qapının isti dəstəyi,
Uzatsam əlimi, qarsıyar yəqin...
əllərim dəstəyə uzalı qalıb
geriyə baxıram -
boynu bükük duran
yorğun və küskün - bu mənəm?
Bu qoca dağların ovucuna sığan
bir bulud kədərəm,
bir ovuc dərdəm...
Ayağımın altında otlar əzilir.
Şehdən sırğa taxıb nazlı çiçəklər,
nazlı çiçəklərə qısılıb qalıb
necə də üşüyür
vecsiz böcəklər –
gün hələ gizlənib
dağın dalında...

Ağaclar sıraya düzülüb dərd tək
Cığırlar bir əlçim sapdır, səpilib
dağlara yaşılı köynək toxuyur..
Körpə kəpənəklər körpəliyimtək
əldən ələ qonur, qucağa qonur
torağay yuvasın görmürəm, amma
ətcə balaları necə oxuyur
mənim dünənimin nəğmələrini...

Qorxulu nağıldır 40-cı otaq -
illər -ömrümüzdən yellənib düşən
quru bir yarpaq.
Necə də gözəl idi bu yurd,
bu torpaq -
40-cı qapıdan o yanda qaldı...
Başında kəlağay ağbirçək anam,
təndir çörəyinin ətri əlində...
Balama qurban ilanlar
balam nə vaxt dil anlar -
arzusu, dusası yenə dilində...
40 yaşım - anamın qırxı tək tək ağır...
Mən səni görürəm qapı ardında
ana, ay ana, al məni bu qoca dağın əlindən
Götür qucağına – yanına çağır...
Ya da qoy tutum əlindən, gətirim səni
O çiçək qoxulu torpağın altdan
Alıb qucağıma götürüm səni
40-cı qapımdan bəri tərəfə...

İrəli baxıram... Kimdir dayanan?
Gör mənə necə də oxşayır anam.
Nə qədər ömrüm var, mən yaşadıqca
mənimlə yanaşı yaşayır anam....

MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031