manera.az
manera.az

Bilirsən də, mən darıxan adamam | ŞEİRLƏR

2-01-2019, 18:05

Bilirsən də,  mən darıxan adamam | ŞEİRLƏR
Bu gün tanınmış şair-tərcüməçi Cəlil Cavanşirin doğum günüdür. MANERA.AZ bu münasibətlə şairin seçmə şeirlərini təqdim edir:

Sən elə bilirsən

sən elə bilirsən,
məni tərk etsən
göy üzü çökəcək, ulduz axacaq
gecə düşməyəcək,
gün doğmayacaq?

gör kimlər tərk edib, unudub, atıb
eh, hardan biləsən səndən öncə də
bunu yaşamışam
bir az darıxıb
sonra alışmışam bu get-gəllərə.
bilirsən,
əvvəl də gedən çox olub
gör kimlər ağladıb,
kimlər ovudub.
sonra peşman olub geri dönənlər
arxamca qan-qarğış edən də olub
ürək üzü bərkdir, çoxdan unudub...
çoxdan unudulub
çıxıb gedənlər...

sən də hamı kimi çıxıb gedirsən
nə fərqi
kimsə var,
ya kimsə yoxdu.
bizdə qadın çoxdu kişi sayından
bir də nə fərqi var sevənim çoxdu?
Vallah, vicdan haqqı
inan sözümə
hələ ki, yerinə namizəd yoxdu...
gedirsən,
bu qədər kandarda durma
qapını tez bağla
hava soyuqdu...

məndən gedənlərdən xəbər al,
soruş.
yaman laqeyidəm
etibarsızam.
“yaman unutqanam,
ürəyi daşam.”
sənə deyəcəklər necə adamam.
sənə deyəcəklər necə “oğraşam”.
mən yorğun adamam, bağışla, çıx get
çıx get,
nə qədər ki, ağlamamışam.

sən elə bilirsən bütün şairlər
içir,
tənha qalır,
sonra ağlayır?
sən elə bilirsən tərk edilənlər
dəbdən yox,
dərdindən saqqal saxlayır?
sən elə bilirsən,
həzin mahnılar
sənin boşluğunu doldurmayacaq?
elə bilirsən ki, daha bu evdə
heç kəsə şeirlər oxunmayacaq?
vallah,
vicdan haqqı,
narahat olma.

vallah düz sözümdü, çıx get, yubanma
məni xoşbəxt etmir birlikdə olmaq
mənim ki, yalqızlıq,
təklikdi ancaq.
bir də qadan alım
açarı qoy get,
qapını bağlama,
gələn olacaq...

Sən gedəli

Sən gedəli gözlərimin nəmini
Nə istilər, nə küləklər qurutmur.
Nə çətinmiş sənsizliyi yaşamaq
Ağlayanda bu bədheybət uşağı
Heç kəs, heç kəs sənin kimi ovutmur.

Sən gedəli bayramları əlim boş
Uzanıram yatağıma, gülürəm.
Ya xəstəhal, ya ağrılı, ya sərxoş
Yaşadığın o küçədən tək keçib
Pəncərənə baxıb-baxıb gülürəm...

Sən gedəli günlərimin düzümü
Qarışıb ee bir birinə qarışıb.
Sən gedəli hey söyürəm özümü
Yəqin kimsə,
Eşidibsə, danışıb.

Sən gedəli biraz sərsəm kimiyəm
Şirin gəlmir daha sabah yuxusu
Hərdən yemək bişirəndə yatıram.
Ayılanda diksinirəm. İlahi.
Hardan gəlir yanıq yemək qoxusu?.

Sən gedəli hər şey biraz başqadı.
Sabahlar da darıxmaqdı, gecələr də darıxmaq.
Sən getdiyin uzaqlardan küsmüşəm
Nə çətinmiş uzaqlardan qayıtmaq.
.. Nolar dön gəl, vallah olmur unutmaq..

Qayıt gəl
ceni üçün...

bilirsən də,
mən darıxan adamam
bilirsən də,
çox içirəm gecələr
bir də hava tutuldumu...
zülümdü!
sonra hamı yaddan çıxır
yada düşür bir nəfər...
allah haqqı darıxıram
qurban olum qayıt gəl...

bir az saat əqrəbləri,
bir az gecə vicdansız
qıvrılıram,
sıxılıram
ürəyim səksəkədə
niyə belə daşürəksən,
niyə belə amansız?
qayıtsaydın,
sabahacan sevişərdik
bəlkədə...
allah haqqı darıxıram
qurban olum qayıt gəl...

indi elə tənhayam ki
indi elə təkəm ki,
biri çağırsa adımı,
diksinərəm səsindən
lənət olsun bu gecəyə
mən elə sərxoşam ki
gəlsən bir də viski al gəl,
beləəə...
lap yekəsindən
allah haqqı darıxıram
qurban olum qayıt gəl...

gecə hələ yarı deyil
siqaretim qurtarıb...
kimə deyim “siqaret ver”
axı mənim kimim var?
bilirəm ki, gələcəksən
siqareti unutma
bircə qutu bəs eliyər
təki çıxım sabaha
sabah özüm də alaram...
vicdan haqqı pulum var
allah haqqı gicləyirəm
qurban olum qayıt gəl...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031