manera.az
manera.az

Jurnalist ömrü - GÜNÜN ŞEİRİ

22-07-2018, 11:49

Jurnalist ömrü - GÜNÜN ŞEİRİ
Manera.az "Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə Səyavuş Sərxanlının "Jurnalist ömrü" şeirini təqdim edir:

***
Keçər yüz obanı, gəzər yüz eli,
Bir xeyir xəbərtək o hər yerdədir.
Narahat qəlbinin döyüntüləri
Səslərə dönübdü - Qəzetlərdədir.

Sətirlər - keçdiyi yollar, cığırlar,
Nöqtələr - alnından düşən təridir.
Qaranquş həmişə nəğmə oxuyar,
Qəzetlər də onun nəğmələridir.

Sığmaz dünyalara eşqi, həvəsi,
Nağıllar yaradan bir qələmi var.
Sussa, sükutunda tufan nərəsi,
Dinsə, min sözü var, min aləmi var.

Ömrü çiçək-çiçək, duyğusu min-min,
Ömürlərdən ayrı düşdüyü varmı?
Çoban tütəyinin, fəhlə əlinin
Odunda isidər yazdıqlarını.

Arzusu gül açar dağda, aranda,
Onsuz gözəlliyin gözü dolubdur.
İki sevən ürək ayrılanda da
Qələmi onlara körpü olubdur.

Çəməndə lalədir, dağda şəlalə -
Bu yurda bağlayıb öz eşqini o.
Fəhlənin yanında olubsa fəhlə,
Danışıb alimlə alim kimi o!

Bir ömür min ömrün çırağı olmuş,
Çiləmiş nurunu kəndə, şəhərə.
Bəlkə də anadan dayaq doğulmuş
Ömür-gün yolunda büdrəyənlərə!

Yaşayır, yaradır min-min diləklə,
Deməyin yanğısı bircə anlıqdır.
Bu çətin günlərdə təmiz ürəklə
Duymaq da, yazmaq da qəhrəmanlıqdır!..Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30