manera.az
manera.az

Məfkurə yolçuluğunda on il | MANERA.AZ

31-07-2015, 18:46

Məfkurə yolçuluğunda on il  | MANERA.AZ


Bəşəriyyətin inkişafında çevriliş mahiyyətində bir irəliləyiş olan mətbəənin kəşfi bəşər tarixində yepyeni bir səhifə açmasa da özündən sonra açılan səhifələrin daha əlçatan olması və daha ətraflı öyrənilməsi üçün şərait yaranmağına səbəb olmuşdur. Çünki, mətbəə üsulu ilə çap işinin həyata keçirilməyi bilginin müəyyən qrup insanların təkamülündə olmağı probleminə son qoydu və adi insanlar da artıq kitab oxuyaraq bilik sahibi olmağa başladılar. Bu ixtira sonralar qəzet və jurnalların da yüksək tirajlarla çap edilərək daha çox sayda insana xitab etməyinə imkan yaratdı. Ancaq, təəssüflər olsun ki, XX əsr təkcə texnologiya sahəsində ixtiralar və kəşflər kimi gözəl hadisələrə deyil, həm də Birinci və İkinci dünya Müharibələri kimi faciələrə də şahidlik etmişdir.


İnsanlıq tarixinin ən qorxunc, ən qan-qadalı yüz illiyi olaraq dəyərləndirə biləcəyimiz XX əsr, həmçinin, bir çox sahələrdə olduğu kimi çap məhsullarının kəmiyyət və keyfiyyəti sahəsində də köklü dəyişikliklər ilə müşayiət olunmuşdur. Əksər düşüncə insanı və yazarın söylədiyi kimi keçən əsrin ən önəmli müəssisəsi qəzet və jurnallardır. Qəzetlər hər nə qədər bəzən qəddar bir yırtıcı quş kimi məzlumların üstünə şığıyaraq bəd əməlli insanların silahı olsalar da, bəzən də, öz zərif qanadlarında ürkək bir ümid daşıyan, qaranlıq günlərdə aydın gələcəyi müjdələyən parlaq bir kəpənək kimi xoş niyyətli qəhrəmanların əllərində ətrafa işiq saçmışlar. Adı çəkilən yüzilliyin sonlarında müstəqilliyini təkrar əldə edən Azərbaycan xalqı da bu qanlı yüzillikdə bir çox bəlalara, faciələrə, soyqırımlara məruz qalmışdır. Belə faciələrdən biri və ən böyüyü də mənfur qonşularımız olan ermənilərin öz havadarlarının da köməyi ilə Qarabağ bölgəsində törətdiyi qırğınlardır. Məhz bu hücumlara cavab vermək üçün könüllü dəstləri təşkil edərək Nüvədi kəndində dəfələrlə döyüşlərdə iştirak edən Qasımov Rüzigar İmran oğlu da 1990-cı il yanvar ayının 12-də Toğana-Todan bölgəsində döyüşlərdə şəhid olmuşdur. Müxtəlif qəzetlərdə foto-usta, foto-müxbir vəzifələrində çalışmış Rüzigar Qasımov şəhid olduqdan sonra qardaşı Füzuli Rüzigar tərəfindən təsis edilən bir qəzetə adı verilmişdir. Bu da təsadüfi deyildir, çünki, daxili və xarici hər cür düşmənə sinə gərən Azərbaycan xalqı nəhayət müstəqillik əldə etmiş və bundan sonra ölkədə hər sahədə olduğu kimi, mətbuat sahəsində də böyük irəliləyişlər başlamışdır.

“Ruzigar” qəzeti də belə mətbu orqanlardan birisidir və bir çox bu qəbildən olan qəzetlərdən fərqli olaraq maddi mənfəət əldə etmək amacı ilə qurulmamış, əksinə bir fikrə, bir düşüncəyə, bir məfkurəyə xidmət etməyi özünə məqsəd seçmişdir. Mark TWAIN dediyi kimi: “Qəzet; yalnız xəbərləri olduğu kimi verən bir şey deyildir. Onun məqsədi insanları düşündürərək, əsəbləşdirərək o mövzuda bir şey etməyə etina etdirməkdir.” Bu prizmadan baxdıqda bir çox “yarıtmaz” sözbazların meydanı olan qəzetlərdən əsaslı şəkildə fərqlənən “Ruzigar” qəzeti bir örnək ola bilər. Dahi Azərbaycan mühərrirləri Əli bəy Hüseynzadənin, Üzeyir bəy Hacıbəyovun ölməz ənənələrini yaşatmaq, millətimizə, dövlətimizə, dinimizə, tərəqqiyə vicdanla və səmimiyyətlə qulluq etməkdir “Ruzigar”ın məfkurəsi. Çünki, məfkurə, milləti millət edən, özünü özünə tanıtdıran düşüncələrin cəmidir. Victor HUGO “ Millət tək bir insan, ruh ola bilməlidir.” deyir. Bu gün üç yüz milyonluq Türk Dünyasının da ehtiyacı məfkurədir, birlikdir “Dildə, fikirdə, işdə birlik!” Əgər belə olmazsa nə əl-ələ verərək inkişaf edə, yeni-yeni gözəlliklər meydana çıxarda, nə də lazım olduqda düşmənə qarşı birləşmiş tək bir ordu kimi zalımın qarşısına çıxa bilərik.

Millətin azadlığı uğrunda öz canını fəda edən şəhid Rüzigar Qasımovun adını daşıyan “Ruzigar” qəzeti də məfkurə cəbhəsində on ildir savaşa qorxmaz bir əsgərdir. Bu mənada əgər Rüzigar Qasımovun şəhadəti düşüncənin hərəkətə çevrilmiş halıdırsa, “Ruzigar” qəzetinin savaşı hərəkətin düşüncələşmiş şəklidir. Düşüncənin savaşçısı. Savaşın düşüncəsi nə qədərə mənfi nə qədər qorxuncdursa, düşüncənin savaşı o qədər ülvi, o qədər gözəldir, çünki, bütün pisliklərin qaynağı cəhalətdir.
Öz səhifələrinin gənc yazarların da qələminə açan “Ruzigar” qəzeti onların ürkək misralarını, utancaq kəlmələrini zamanla qorxmaz, güclü və yenilməz bir savaşçının cəhalətə tuşlanan silahına, ya da xalqın yaralarına çarə olacaq məlhəmə çevirir. Buna görə də “Ruzigar” həm də bir məktəbdir deyə bilərik; on ildir fəaliyyət göstərən, şair yetişdirən, yazıçı yetişdirən, vətəndaş yetişdirən bir məktəb. On il bir insan ömrü üçün uşaqlıq çağına təsadüf etsə də bir mətbuat orqanı üçün kamillik çağını ifadə edə bilər, ona görə ki, hər yeni nömrəsi çapdan çıxanda bir yaş daha qazanır qəzetlər; yeni təcrübələr, yeni biliklər...

Hələ bundan sonra neçə-neçə illər “Ruzigar”ın rüzgarının əsməyini diləyirik, axı bizim hələ deyiləcək sözümüz var. Zəlimxan Yaqubun dediyi kimi:

Düşmən məni düz düşünməz, çaş anlar,
Haqq sözümü qaya duyar, daş anlar,
Qayıdacaq Çin səddini aşanlar,
Tarixlərə təzə sözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.

Fərrux Rəhimov
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30