manera.az
manera.az

Murad Köhnəqalaya 10 sual - LAYİHƏ | MANERA.AZ

31-07-2015, 17:04

Murad Köhnəqalaya 10 sual - LAYİHƏ | MANERA.AZ

“Oxucu sualı” layihəsinin bu dəfəki qonağı yazıçı Murad Köhnəqaladır.

Qeyd edək ki, oxucuları tərəfindən yazıçıya ünvanlanan suallar müəllifin bu yaxınlarda çap olunmuş “YUXULARIM” adlı kitabı əsasında hazırlanmışdır.

Sualları təqdim edirik:


1. Murad bəy, deyirsiniz ki, yuxugörmədən sadəcə olaraq bir metod kimi istifadə etmişəm ki, təsvirlər daha geniş olsun. Bəs qorxmursunuz ki, oxucu hekayələri real yox, röyalara əsaslandığı üçün ciddi qəbul etməsin?

2. İnsan ayılanda bəzi yuxuların yaxşı ki, yuxu olduqlarına görə sevinir, bəzilərinin isə reallıqda da baş verməsini istəyir. Bəs Murad Köhnəqala həyatının hansı hadisələrinin yuxu olmasını istərdi?

3.
Yuxu ruhla bağlıdır, ruh isə insanın heç vaxt sonadək dərk edə bilməyəcəyi anlayışdır. Sizin hekayələrinizdəki hadisələrin də buna görəmi çoxvariantlı izahları var, ya oxucuya sərbəstlik vermək üçün bu mövzunu seçmisiniz?

4. “Abort” hekayəsində yaradıcı insanın çabaları, əzabları gözəl təsvir olunmuşdur. Hekayənin qəhrəmanı lan oğlan uşağı da, ətcəbala qız uşaqları da şairə əzab verirlər. Amma nədənsə oğlan obrazı daha qabarıq təsvir olunur. Niyə?

5. “Sənin ayaqqabının bağı” hekayəsində zaman və məkanlar tez-tez dəyişir, oxucu vahid bir süjet xətti axtarışında tıncıxıb qalır. Bu nədir, sizin öz arzunuzdur, yoxsa oxucu hələ bu janra vərdiş etməyib?

6. “Skeletin sözləri” hekayəsində də bir yığın suallar yaranır. İnsan soruşmaq istəyir ki, niyə nəhənglər insanın məhz gözlərinə və nakolka yerlərinə toxunmurlar və s. Amma bundan vaz keçib başa düşdüyüm mətləbi izah edirəm. Heç nəyi, heç kəsi incitməyənlərə rəhm olunacaq, su, qar təmizliyinə qovuşacaqlar. Haqlıyammı?

7. “Naxışların nitqi” hekayəsindəki obrazlar nə qədər qeyri-adi olsa da, hisslər o qədər real və tanışdır. Bəs şair nə etməlidir ki, sonluqdakı kimi başına hava gəlməsin?

8. “Buzlaqda” hekayəsində də real və surreal olayların bir-birini əvəzləməsi insan beyninin sonsuz imkanlarını göstərmək üçün gözəl vasitədir. Mənə elə gəlir ki, hekayələrinizdəki süjetsizlik, yuxugörmə prosesinə hazırlıq mərhələsini izah edir. Çünki yuxu varsa, deməli, hansı şəkildəsə süjet də vardı. Elə deyilmi?

9. Ulularımız yuxuları hər adama deməməyi, səhər-səhər axar suya pıçıldamağı tapşırıblar. Bir də ki, yuxunun nəyə çıxacağının, onun yozulmasından asılı olduğunu deyiblər. Siz “yuxularınızı” hamıya danışırsınız. Bəs onların pis cəhətə yozulacağından ehtiyat etmirsinizmi?

10. Deyirlər ki, yuxularda rəng olmur. Sizin yuxularınızda isə bol-bol rənglərdən bəhs olunur. Bu da onların nə yuxu, nə reallıq olmadığını göstərir. Hər halda, nədirsə, çox maraqlı janrdır. Bu janrı inkişaf etdirərək daha irihəcmli əsər yazmaq barədə niyyətiniz varmı?

Layihə rəhbəri: Şəhla Aslan
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30