manera.az
manera.az

Dünyanın ən yaxşı əsərləri –SORĞU | MANERA.AZ

7-04-2016, 11:25

Dünyanın ən yaxşı əsərləri –SORĞU  | MANERA.AZ
Reytinq Britaniya və ABŞ-da ən populyar 125 yazıçı arasında keçirilmiş sorğunun nəticəsidir.

Sorğuya qatılanlar arasında Norman Meyler, Stiven Kinq, Enn Patçett, Conatan Franzen, Coys Kerol Outs və s. vardı.

MANERA.AZ xarici mətbuata istinadən bildirir ki, sorğunun nəticələri əsasında XX əsrin ən yaxşı əsərlərinin ilk onluğu müəyyənləşib.

Sorğunun lideri Vladimir Nabokovun "Lolita" romanıdır. İlk onluqda sonrakı yerlərdə "Böyük Qetsbi" (Frensis Skott Ficerald), "İtirilmiş zaman axtarışında" (Marsel Prust), "Uliss" və "Dublinlilər" (Ceyms Coys), "Yüz ilin tənhalığı" (Qabriel Qarsia Markes), "Küy və qəzəb" (Uilyam Folkner), "Mayaka" (Virciniya Vulf), "Hekayələrin tam külliyatı" (Flanneri O'Konnor) və "Öləzimiş alov" (Vladimir Nabokov) var.

XIX əsrin ən yaxşı əsərlərinin ilk onluğu belədir: "Anna Karenina" (Lev Tolstoy), "Madam Bovari" (Qüstav Flober), "Hərb və Sülh" (Lev Tolstoy), "Heklberri Finnin macəraları" (Mark Tven), "Hekayələr" (Anton Çexov), "Midllmarç" (Corc Eliot), "Mobi Dik" (German Melvill), "Böyük Ümidlər" (Çarlz Dikkens), "Cinayət və cəza" (Fyodor Dostoyevski), "Emma" (Ceyn Ostin).

Bütün zamanların ən yaxşı yazıçıları reytinqinin lideri Lev Tolstoydur. İlk onluqda sonrakı yerlərdə Uilyam Şekspir, Ceyms Coys, Vladimir Nabokov, Fyodor Dostoyevski, Uilyam Folkner, Çarlz Dikkens, Anton Çexov, Qüstav Flober və Ceyn Ostinin adları var.

Orxan
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031