manera.az
manera.az

"Ömür əzabdan asılıb" - Nazim Əhmədli

1-05-2015, 11:11

"Ömür əzabdan asılıb" - Nazim ƏhmədliBu gün Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Təbliği Bürosunun direktoru, şair Nazim Əhmədlinin doğum günüdür.
Manera.az olaraq şairi təbrik edir, yaradıcılıq uğurları diləyirik!


Səbəbkardan şeirlər...

dünya donacaq, elə bil

ulduzlar yaman irilib,
göylər yanacaq elə bil;
buludlar yaxına gəlib
yerə qonacaq elə bil;

hara çəkilib səs-səmir,
göyüzü gecəni əmir;
min ildi dönmək istəmir
ruhum dönəcək, elə bil;

ömür əzabdan asılıb,
haqq var-hesabdan asılıb;
ürəyim sapdan asılıb
düşüb sınacaq, elə bil;

həsrətim köz kimi olub,
dərd acı söz kimi olub;
adamlar buz kimi olub
dünya donacaq, elə bil.

Gəl yenə, yenə qayıdaq

Gəl yenə, yenə qayıdaq,
Bir az uzağa qayıdaq,
Ötən sevgimizə dönək,
Şirin bir çağa qayıdaq.

Ötən sevgimiz bir bulaq.
Çətin olsa da yol-yolaq.
Yolumuzu ordan salaq ,
O tər budağa qayıdaq.

Ulu tanrıma bir qulam
Sənə sarı gələn yolam,
O vaxtdan könlümdə qalan,
Isti otağa qayıdaq.

Baharım ol, naxışım ol,
Bir şirincə baxışım ol.
Bulud olum, yağışım ol,
Gəl yağa-yağa qayıdaq.

Buludlar qarni burnunda

Buludlar qarnı burnunda
Yırğalanır nəhir kimi.
Göy üzü bir qara kağız
Ay da sınıq möhür kimi.

Göyüzü yanmış aynadı
Buz tutmuş sular qaynadı
Payızda şimşək oynadı
Kişnədi boz kəhər kimi.

Uzaqlar gəlməz yaxına
Yol tutdum dərdin dağına
Düşmüşəm yolun ağına
Gedirəm bir təhər kimi.


Təbiət lövhələri


Zirvə açıb yaxasını günəşə,

Duman basıb, dərədə ağ
gecədi,

Ildırımın tək səbiri
gəlmədi,

Qara bulud göy üzündə
çeçədi.

Tellərini döşə yayıb qız
bulaq,

Dağ çayına pay göndərir yüz
bulaq,

Bir qayanı yarıb çıxan buz
bulaq

Düyməsindən pərvazlanan
qönçədi.

Qoşa çinarbir sevginin
vüsəti,

Yaz yağışı quru çölün
qisməti,

Laləli düz dağlarımın
isməti,

Yastı təpə çiçək dolu
nimçədi.

əyri qaya dəvələrin
qozbeli,

buynuzlu daş-zirvədəki dağ
kəli,

şumal qaya bir-igidin
heykəli,

çovuş qaya qulpuqırıq
çömçədi.

gümüş şehlə sırğalanıb
yasəmən,

ağ arxalıq geyindirib dağa
çən,

bahar bir qöz-toxuduğu göy
çəmən

günəş teli-qızıl rəngli
milçədi.

tənha cığır yal-yamacı
qucaqlar,

səhər mehi-qarğı atlı
uşaqlar,

yaman günə süpər oldu bu
dağlar,

kürəyini bir-birinə
söykədi.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30