manera.az
manera.az

Sərdar Amin - “İnfuzor tərlik və balina”

28-04-2015, 13:11

Sərdar Amin - “İnfuzor tərlik və balina”Sərdar Amin

İnfuzor tərlik və balina”
(hekayə)


Çoxsaylı kipriklərini tərpədə-tərpədə okenaın maviliklərində yumrulanırdı. Digər infuzor tərliklər yumrulanmasına yaxşı baxmasa da, heçnə deyə bilmirdilər. Axı infuzor tərliklər irəli getməkçün yumrulanmalıdır.

Onun hərəkətində xırda şıltaqlıqlar o qədər həlim idi ki, o qədər həlim idi ki, heç bir tərlik bunu söz edib üzünə deyə bilmirdi. Axı necə desinlər ki, “ay sarımtıl infuzor, sən niyə kirpiklərini yellədib yumrulanandan sonar bir anlıq süzürsən? Niyə sənin hərəkətlərində tələskənlik, qayğı yox, bəxtiyarlıq hiss olunur?”

Tərlik bir az da yumrulandı,sitoplazmasında aclıq hiss eləmişdi ki, qarşısına infuzorların ən sevimli qidası olan çəhrayı bakteriya çıxdı. Belə bakteriyaları başqa tərliklər uzun zaman axtarışdansonra tapırdı. O isə infuzor ömrünün üçüncü bakteriyasınıda beləcə, rahatlıqla tapdı. Qabaq bığcıqlarının köməyilə bakteriyanı ağzının ətraındakı çökəkliyə çəkdi. Udlağından içəriyə daxil olduqca bakteriyanın nə qədər dadlı yem olması ilə bağlı başqa infuzorların dediklərini bir dahaxatırladı. Özünün çəhrayı bakteriya ilə bağlı üçüncü qənaəti də beləcə yaranmağa başladı. Yemək udlağından keçib sitoplazmasına yaxınlaşdıca çəhrayı bakteriyanın əsl infizor yemi olduğu düşüncəsi bir az da möhkəmləndi. Bakteriya həzm olunub qılafla örtülü bədəninə yayıldıqca içində qəribə rahatlıq hiss edirdi. Maviokean ona çəhrayi görünməyə başlayır, bu çəhrayılıqda infizorlardan və xırda bakteriyalardan başqa heçnə gözə dəymirdi. Düzdü arabir zəif amöblər də çəhrayı dünyanın hüdudlarında hərlənir, infuzorlardan uzaq durur, çəhrayı olmayan balaca qidaları götürüb gözdən itirdilər. Bütün infuzor tərliklərin ağzından çəhrayı şirə axır, okeanın rəngini daha da tündləşdirirdi.

Bu an sarımtıl tərliyin yediyi bakteriyanın qalıqları tullantı dəliyindən kənara çıxdı. Sitoplzmasına yığılan zəhərin kifayət qədər olduğunu hiss etdi.
Tərlik üçüncü çəhrayı bakteriyasını yeməsinə baxmayaq hələ heç kəslə baş-başa gəlməmiş, dava başlatmamışdı. İçində qəribə gicişmə hiss etdi, bığcıqları qıdıqlandı. Dava üçün bəhanə axtarmaq üçün aqressiv halda okenda yumrulanmağa başladı.

Qəribə bir canlının tam qarşısında durmuşdu. Sarımtıl infuzor tərlik heçnə düşünmədən qısa çöpcüklərini qarşısındakının bədəninə soxub kəskin iy buraxdı. Tərlik qələbə çalacağına əminliklə bığcıqlarını titrətməkdə davam etdi. Qarşısındakı canlının anındaca iflic olduğunu görübkiçik nüvəsində rahatlıq hiss etməyə başladı. Hərəkətsiz qalan rəqibinə baxa-baxa bədəninin səthi ilə etdiyi tənəffüsndə genişlənmə duydu. Sanki tənəffüs edəndə bütün okeanı içinə çəkib, buraxırdı. Sonra öldürdüyü rəqibindən uzaqlaşa-uzaqlaşa daha bəxtiyarcasına kirpiklərini yellədir, sürətlə qıvrılır, bütün bədəniylə susaraq xoşbəxtcəsinə süzürdü.
İnfuzor tərlik yenidən “çəhrayı xəyallar”a dalmaq istərkən qarşısında son dərəcə kədərli bir balina gözü gördü. Və uzaqlardan gurultulu balina səsi eşidildi:
-Ey infizor, niyə bu qədər xoşbəxtsən?

-Elə infuzorlar var ki, onların bədənləri yarıdan bölünür, bir tərlikdən iki tərlik olur. Sağlam infuzorlarsa cinsi yolla çoxalır.
Sarımtıl tərlik bunu deyib yana döndü.
Bir az utancaq səslə “-Mən ikicilərdənəm” – dedi.
Sonra yavaşdan “- Cinsi yolla yaranan balalar daha sağlam və uzunömürlü olur. Belə yaşamaq gözəldi” - deyə əlavə etdi.
Balinanın kədərli gözü yenə əvvəlki yerindən baxırdı. Sanki o da infuzordan sual gözləyirdi. Tərlik bunu anlayıb həmən-həmən yüksək səslə danışmağa başladı:
-Ey balina, infuzorlar həmişə sizə qibtə edib. Okeanda sizdən böyüyü yoxdur. İstəsəz bir hərəkətlə hamını məhv edərsiz. Bu bədənlə kədərlənmək nəyə lazımdır?
Balinanın bəbəyi tərpəndi. Deyəsən bir az yuxarı baxdı. Yenidən kədərli gurultu eşidilməyə başladı:

-Biz balinalar bir-birimizdən uzaq yaşayırıq. İldə bir dəfə siqnal verib erkək balinaları yanımıza çağırırıq.
Bu an balinanın daxilindən gurultu qopdu. Deyəsən udqundu. Sonra yenidən kədərli dalğalar yayılmağa başldı:
-Elə dişilər var ki, onların siqnalı erkək balinaların yanına çatmır. Bu balinalar anadangəlmə qısasiqnallı doğulur, ona görə heç vaxt sevgililərinə siqnal çatdıra bilmirlər. Sevişməyə həsrət qalırlar.

O ağır-ağır başını bulayıb içini çəkdi:
- Hər siqnaldan sonra yarım saat gözləyirik, heç kəs gəlmir… Sonra depressiya…
Balina narahat tərpəndi:
-Ey infuzor, sən heç bilirsənmi, erkək balinalar hər sevişmədə 1800 litr sperma buraxır?!

Balina elə vurnuxurdu ki, infuzor tərliyin harda olduğunu unutmuşdu. Tərlik dəhşətli şəlalələrlə balinanın içinə axırdı. Şəlaləylə tökülən çəhrayı bakteriyalar sarımtıl tərliyin görə bildiyi son görüntülər idi. Bayırda isə balina qəzblə davam edirdi:
- Hər sevişmədə 1800 litr sperma. Hansı ki, bunun cəmi 150 litri dişi balinaya keçir. Qalan 1650 litri okean sularına qarışır. Hər sevişmədə 1650 litr sperma… 1650 litr…

Balinan o biri tərəfində infuzor tərliklər ortadan bölünüb kədərlə çoxalırdı. Bəzi amöblər sistalaşmış formada okeanın dərinliklərinə enirdilər.
Bu an balinanın nisgilli siqnalı eşidildi.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30