manera.az
manera.az

SƏNİ GÖYLƏR ÜÇÜN DOĞUBDUR ANAN | MANERA.AZ

13-11-2015, 17:30

SƏNİ GÖYLƏR ÜÇÜN DOĞUBDUR ANAN  | MANERA.AZ
Faiq Balabəyli

***
Ürəyim sıxılır, sən ki görürsən
imkan tap get ordan, görmə ağrımı..
ya da ki qanad aç, pırr elə uç get,
gözə də görünmə, qon buludlara, -
Səni göylər üçün doğubdur anan.
Sifəti şaxtadan qarsımış, donmuş
əlləri qoynunda tilsimə düşmüş
qocanın, ahılın,- yəni yaşlının
cavanın, çevikin, xoş baxışlının
gözünün toruna düşüb qalma heç
qanad aç göylərə, mələk misallım,
Səni göylər üçün doğubdur, anan...
Oxuna bilinmir alnımda yazı
hansı əlifbadır, nə yazılıb, nə?
havadan asılı qalmaz sözlərim
yağış damlası tək tökülər yerə...
Sənisə buludlar ovcuna alar,
başımın üstündə dövrə vurub get
səni göylər üçün doğubdur anan...
İncimə, demə ki sildi qəlbindən
yalandır, yamandır səni unutmaq
mənim ürəyimin ağrılarından
sənə don biçilməz, ay mələk adam
Səninlə göylərə yanaşı uçmaq
mənim taleyimə heç yazılmayıb
mən yerin oğluyam, torpaqdır yerim
səni göylər üçün doğubdur anan..


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30