manera.az
manera.az

Şairdən yeni şeir: "Qəşəm Nəcəfzadə öldü..."

24-04-2015, 23:26

Şairdən yeni şeir: "Qəşəm Nəcəfzadə öldü..."

Manera.az Qəşəm Nəcəfzadənin yeni şeirini təqdim edir:


Qəşəm Nəcəfzadə öldü....

Atamın qəbrinin yanında gül var,
Sazımda, sözümdə bir qırıq tel var,
Qapımda gülüng var, bir təzə bel var,
Qəşəm Nəcəfzadə öldü.

Sevgilim şəkilimi töküb ağlayır,
Şəkillər boynumu büküb ağlayır,
Internetdə şəklim sinə dağlayır,
Qəşəm Nəcəfzadə öldü.

Sizlərə bir salam verəydim dedi,
Dostlardan bir sevinc dərəydim dedi,
Kaş birdə günəşi görəydim dedi,
Qəşəm Nəcəfzadə öldü.

Məni öldürdülər, siz dinmədiniz,
Gözüm sizi gəzdi, görünmədiniz,
Bir dəfə şeirimi bəyənmədiniz,
Qəşəm Nəcəfzadə öldü.

Əlləri buz kimi, üzü qarıydı,
Qəbri indi geniş, dünya darıydı,
Oxuyub deyərlər nəyi varıydı,
Qəşəm Nəcəfzadə öldü...

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30