"10 ŞAİR - 10 BƏND"

Tarix:22-04-2015, 11:12 Baxış Sayı:1122

"10 ŞAİR - 10 BƏND"
Manera. Az "10 ŞAİR - 10 BƏND" rubrikası ilə görüşünüzə gəlir. İlk 10-luğu təqdim edirik:


Ha çalsan qəmgin havalar
qəmi oynatmaz, ay uşaq.
Adam göz yaşı içində
gəmi oynatmaz, ay uşaq..
Salam SARVAN

***
Dağ daşlanır ətəyimdə,
Şimşək oynar kürəyimdə.
Hər gün səngər ürəyimdə
Bir misranın qətli qalır.
Ramiz QUSARÇAYLI

***
Tanış dəniz, tanış mayak,
Azaq gedək, barışmayaq.
Gəl bir müddət danışmayaq,
Gəzək lallar şəhərində.
Ayaz ARABAÇI

***
Vaxt axır... şagirdlər duymurlar səni,
Gör necə qıyırlar kövrək səsinə.
Hardan bilsinlər ki, həsrət qalmışam
Qırx beş dəqiqənin bir dəqiqəsinə...
Qəşəm NƏCƏFZADƏ

***
Hər diridən diri dərdim,
Ağladıqca kiridərdim.
Mən ki hər yaz dirilərdim,
Nədəndi, bu yaz ölürəm?
Məmməd DƏMİRÇİOĞLU

***
Oturub ömrün içində
çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb
gerçək şəkli çəkirəm.
İbrahim İLYASLI
***
Hamı mən deyiləm, a bəy,
Məndən də heç hamı olmaz.
Dərdi olar adamın, eyy…
Adamın adamı olmaz!
Elman TOVUZ

***
Yonduğun məzar daşları,
Sənə dərd, azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin!
Fərqanə MEHDİYEVA

***
Tellərin qıvrılsın günəş üzündə,
Gözəllik önündə naşı deyiləm,
“Əsli” sevgisini sən tap özündə,
Mən “Kərəm” olmasam kişi deyiləm.
Dayandur SEVGİN

***
İçimdə fırtına, bayırda tufan,
Üstümə bir acı yel əsib, getmə
Bu yolu gecikə-gecikə gəldin,
Bu yolu tələsib, tələsib getmə..
Elməddin NİCAT

Təqdim etdi: Emil RasimoğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ