manera.az
manera.az

Axundov Füzulini niyə şair saymırdı? - Gizli nüans

10-10-2019, 16:14

Axundov Füzulini niyə şair saymırdı? - Gizli nüans
Manera.az filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadənin "Axundov "Füzuli şair deyil" deməklə nə məqsəd güdürdü?" yazısını təqdim edir:

"Mirzə Fətəli Axundzadə nəzm və nəsr məsələləri haqqında bəhs açarkən M.Füzulini, M.P.Vaqifi və Q.B.Zakiri müqayisə edərək, bu sənətkarlar arasında üstünlüyü Q.B.Zakirə vermişdi: "...türk arasında dəxi bu zamana qədər mütəqəddimindən şair olmayıbdır. Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur: ancaq nazimi-ustaddır. Amma mən əyyami-səyahətdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Sarucaluyi Cavanşirə düçar oldum ki, əlhəq türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu" (11, 221).

Mirzə Fətəlinin bu fikirlərinə nə qədər bəhanə axtarsalar da, bu yanlış düşüncə tərzini qətiyyən qəbul etmək olmaz. M.Füzuli kimi ecazkar poeziya xadimini yalnız nəzm ustası adlandırmaq, türk arasından qədimdən Axundova kimi şair çıxmadığını qeyd etmək, Vaqifi qismən qəbul etmək, yalnız Zakiri bir şair olaraq dəyərləndirmək çox yanlışdır. Eyni zamanda bu fikir yanlışlığından daha çox məqsədyönlü olduğu üçün bu mülahizənin meydana çıxmasının səbəblərini aydınlaşdırmaq lazımdır. Bu ədəbi-nəzəri baxışdan daha çox siyasi-ideoloji məzmun daşıyır. Rusiyanın zaman-zaman türk xalqına qarşı apardığı hərbi-siyasi-ideoloji müharibə təəssüf ki, çar üsuli-idarəsinin çinovniki olan Axundovdan da yan keçməyib, istər milli-dini, istərsə də ictimai-siyasi baxışlar əhatəsində ciddi inkarçılıq Mirzə Fətəlinin fəaliyyətində qabarıq şəkildə görünməkdədir. Xüsusilə, Azərbaycan ədəbiyyatını türk ədəbiyyatı adı ilə XVIII əsrdə belə qəbul etməmək (Vaqif qismən qəbul olunur), yalnız XIX əsrdə qəbul etmək (Zakir tam qəbul olunur) rus ədəbiyyatının daha öncə olmasını, hegemonlaşdırılmasını ideoloji baxımdan əsaslandırmaqdan irəli gəlir. Müəllif bu şəkildə təsəvvür yaratmağa çalışır ki, nəyin bahasına olursa-olsun, rus ədəbiyyatını Azərbaycan-türk ədəbiyyatından daha irəli çəksin. Füzulini qəbul etməməklə XVI əsr, Vaqifin bir neçə şerini qəbul etməklə XVIII əsr (ölümü 1797) ədəbiyyatımızı inkar edir, Zakiri isə ilk şairimiz olaraq iddia etməklə (1784-1857) rus ədəbiyyatının Derjavindən başlayan nümayəndələrini qabağa çəkir. Belə məlum olur ki, rus milli şairi A.S.Puşkinin ölümündən (1837) hələ 20 il sonra Q.B.Zakir dünyasını dəyişib. Qədimdən bəri türk-Azərbaycan poeziyasının mövcudluğunu isə inkar etmək birmənalı şəkildə gizli siyasi məqsədləri aşkara çıxarır".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031