manera.az
manera.az

Söz əkib, söz becərirəm - Aqşin Dadaşoğlunun şeirləri

9-09-2019, 14:34

Söz əkib, söz becərirəm - Aqşin Dadaşoğlunun şeirləri
MANERA.AZ Aqşin Dadaşoğlunun şeirlərini təqdim edir:

Xəbərsiz

Dəniz gözlüm, bilirsənmi yağışlar,
Ləpələri döyər gedər, xəbərsiz..
Gülüşünün ən sevimli yerindən,
Qağayılar ötər gedər , xəbərsiz..

Dəniz gözlüm, bir sevda var halımda,
Arzularım hər gün olum, qalımda,
Ürəyinə düşən yerin yolunda,
Bir eşq susar, susar keçər, xəbərsiz..

Dalğa-dalğa ayrılıram içimdən,
Göy sevinər, durnaların köçündən,
Dəniz gözlüm, baxışının içindən,
Bir can keçər, yanar keçər, xəbərsiz..

Adamın

Daha xətrinə dəyməyin,
Könlü qubarlı adamın.
Ürəyi də qabar olur,
Əli qabarlı adamın.

İsti olur,ilıq olur,
Bir az gözü qıpıq olur,
Ömrü kimi qırıq olur,
Sözü abırlı adamın.

Daha xətrinə dəyməyin,
Gözünü qırpıb,yaşasın..
Bircə ovuc ömrü qalıb,
Üzünə çırpıb,yaşasın.

Əzizim

Qoşa ömrü, bir ocağa bağladıq,
Dünyamıza övlad gəldi, çağladıq,
Balaların toy günündə ağladıq,
Üzümüzə nəvə güldü, əzizim.

Hər gedəndə arxam ilə su atdın,
Yorğun düşən yollarımı oyatdın,
Su tək getdin, dəniz kimi qayıtdım,
Sən sevindin, ömrüm gəldi əzizim.

Mən çörəyəm sən süfrəmin duzusan,
Talehimə Tanrım yazan yazısan,
Sən ömrümün ən çiçəkli yazısan,
Sənli dünya çox gözəldi, əzizim..

Şairiyəm

Mən kənd- kəsək şairiyəm,
Söz əkib, söz becərirəm.
Bir sahildə bardaş qurub,
Sözdən dəniz becərirəm.

Mən kənd-kəsək şairiyəm,
Mənə tərif, yozum düşmür.
Hər çəməndə söz biçirəm,
Əlimdən dəryazım düşmür.

Yay gələndən üşüyürəm,
Hələ ömrün qışı deyil.
Hər kişidən şair olmaz,
Hər şair də kişi deyil.!

Mən kənd-kəsək şairiyəm,
Bir dəftərdə adım yoxdu.
Mən də çoxdan yeyilərdim,
Nə yaxşı ki, dadım yoxdu.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30