manera.az
manera.az

Sabirin Ramazanda dalbadal 7 qızı doğulmuşdu - Xatirələr

28-08-2019, 12:16

Sabirin Ramazanda dalbadal 7 qızı doğulmuşdu - Xatirələr
Manera.az Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabından (tərc: Mehriban Vəzir) Mirzə Ələkbər Sabirlə bağlı hissəni təqdim edir.

1910-cu ildə eşitdik ki, bizim istedadlı şair Sabir xəstədir. Mirzə Cəlil ona məktub yazaraq xahiş etdi ki, müalicə üçün bizə gəlsin. O, bizə gəldi və biz hamımız bir-birimizə aman vermədən onun qulluğunda durduq. Sabir çox xoş, mülayim bir insan idi, onun gözəl söhbətlərini dinləmək hamımıza xoş idi. O, sözünün çoxunu şeirlə deyirdi. Son dərəcə hazırcavab idi. O vaxtlar bizdə yaşayan Əhməd Pepinov Sabirin dediklərinə böyük dəyər verərək, onun sözlərini, ən çox da söylədiyi şerləri dəftərçəsinə yazırdı. Yəqin bu qeydləri hələ saxlayır.

Cəlil həkimləri dəvət elədi və biz konsilium etdik. Bu müayinə Sabirdə qaraciyər xəstəliyi aşkar etdi. Həkimlər cərrahiyə əməliyyatı məsləhət gördülər. Lakin Sabir əməliyyata qalmadı və geri döndü. Biz onu böyük təəssüf hissi ilə yola salırdıq. O, bizim evdə iki aya yaxın qaldı.

Sabir söhbətlərindən birində danışırdı ki, anası çox dindar bir qadın imiş və müqəddəs yerləri ziyarət etməyi çox sevərmiş, az qala hər il ziyarətə gedərmiş. Ona görə də oğlanları - Sabir və qardaşları - analarını razı salmaqdan ötrü hər il növbə ilə onu ya Kərbəlaya, ya Məşhədə apararmışlar. Bu minvalla bu xanım 7-8 dəfə müqəddəs yerlərdə ziyarətdə olubmuş. Bu səbəbdən də öz çevrəsində böyük ehtiram sahibi idi və Peyğəmbərin qızı Fatimeyi-Zəhra kimi müqəddəs sayılırdı.

Bir də Sabir danışırdı ki, onun dalbadal 7 qızı olmuş, bu qızların hamısı da Ramazan ayında dünyaya göz açmışdılar. Bu 7 qız anasını bərk təşvişə salmış, o da saysız-hesabsız nəzir-niyaz eləyib Allaha yalvarmışdı ki, bundan sonrası oğlan olsun. Nəhayət, 7 qızdan sonra, yenə Ramazan ayında bir oğlan dünyaya gəlmişdi. Sabir danışırdı ki, oğlan doğulduqda anasının və qadınlardan ibarət olan bütün ailə üzvlərinin sevinclərinin həddi-hüdudu yox imiş.

Sabir çayxor idi, çayı tünd və qaynar içərdi. Bir dəfə necə oldusa çayların arası bir az çəkdi. Buna o, bədahətən bir beyt söylədi:

Molla simavarından dərda həzar dərda,
Bir istikanı indi, bir istikanı fərda.


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031