manera.az
manera.az

Turgenevi tapança ilə qorxudan Tolstoy - 17 illik dava

22-08-2019, 09:48

Turgenevi tapança ilə qorxudan Tolstoy - 17 illik dava
Dünyaca məşhur iki yazarın uzun illər boyu küsülü qalması olduqca maraqlıdır.

Heç şübhəsiz ki, Tolstoy və Turgenev dünya ədəbiyyatı üçün olduqca vacib insanlar olub. Amma onlar bir-birilə 17 il küsülü qalıblar. Nəyə görə? Bu barədə maraqlı faktları diqqətinizə çatdırırıq.

Tolstoy ilə Turgenev bir doğum günü şənliyində qarşılaşıblar. Həmin doğum günü şənliyində Turgenev 12 yaşlı bir qız ilə səhnədə rəqs edib. Bunu görən Tolstoy həmin gecə gündəliyinə bu sözləri qeyd edib: “Turgenev və rəqs. Bu, çox üzücüdür”.

İki yazar bir müddət sonra Rusiyanın qərbə yönəlik bir siyasəti olması üzərində uzun-uzadı mübahisə ediblər. Uzanan mübahisənin sonunda Tolstoy Turgenevi duelə çağırıb.

Bu fikrinin ciddi olduğunu göstərmək üçün "dueldə tapançadan istifadə edək" deyən Tolstoy Turgenevi ciddi şəkildə qorxudub. Bunun ardından Turgenev Tolstoydan üzr istəyib və məsələ bir müddətlik qapanıb.

Lakin bu məsələ qapansa da, Tolstoy yenə sakit durmayıb, Turgenevi qorxaq adlandırbr. Məsələ yenidən duelə gedib çıxıb. Bu dəfə Turgenev Tolstoyu duelə çağırıb. Uzun səfərə çıxdığını deyən Turgenev döndükdən sonra Tolstoyla məsələlərini həll edəcəyini bildirib.

Bu minvalla uzun bir zaman dəfələrlə bir-birini duelə dəvət edən yazarların davası tam 17 il bu cür davam edib. Tolstoy qərbə səfər edən zaman qumarda bütün pulunu itirib. Pulsuz qalan yazıçı məcbur olaraq Turgenevin qapısını döyüb. Olanları bir kənara qoyub Tolstoya qapısını açan Turgenev ona borc pul verib. Bu sayədə barışan iki dahi yazıçının ədavəti sona çatıb.

Lakin iki dahi yazıçının bu 17 illik davası tarixdə kiçik bir ayrıntı kimi yer alır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30